Orucluqda toy etmək olarmış...
Tarix: 03.05.2019 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir.
Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətvasında bildirilir.
Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir.
Ramazanda ən çox müzakirə olunan mövzulardan biri də bu ayda toyun edilib-edilməsi ilə bağlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Ramazan ayında toy etmək daha yaxşı olardı.
“İslam dünyasında toy ən gözəl adət hesab olunur. Təxminən 10-a qədər ərəb ölkəsində olmuşam. Olduğum yerlərin hər birində bildirirdilər ki, bütünlüklə orucluq ayı toy ayıdır. İftardan sonra toy edilməsi normal bir hadisədir. Ramazan ayı boyunca toy etmək olar və fikrimcə lazımdır”.
İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, Ramazan ayı boyunca toy etməmək məsələsi yalnız Azərbaycandadır.
“Ramazan ayı boyunca toy etmək dini cəhətdən günah deyil. Əksinə olaraq, bu ay ərzində toy etmək daha yaxşıdır. Sadəcə baxır toy necə təşkil olunur.İslama uyğun olaraq, içkisiz gözəl toy təşkil etmək niyə də olmasın?! Yaxşı olardı ki, toy elə saatda təşkil edilsin ki, ortuc olanlar da iftarını toy məclisində açsın. İftardan öncə toya başlamaq da günah məsələ deyil”.
E.Miri qeyd edib ki, bu burbaşa insanların etik ədəb qaydalarına uyğunluğu ilə əlaqədardır.
“Çox təəssüf olsun ki, başqa ölkələrdən fərqli olaraq Azərtbaycanda toy deyərkən ağıla yemək gəlir. Buna görə də Ramazan ayı boyunca ölkəmizdə toy mərasimləri adətən təşkil edilmir”.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info