Litvada əcnəbi vətəndaşlar elektron rezident statusu alacaqlar
Tarix: 04.05.2019 | Saat: 06:32:00 | E-mail | Çapa göndər



Litva hökumətinin təqdim etdiyi qanun layihəsinə əsasən, ölkədə yaşayan əcnəbi vətəndaşlara elektron rezident statusunun verilməsinə başlanıla bilər.

AZƏRTAC xəbər verir ki, bu, əcnəbi vətəndaşlara inzibati, ictimai və kommersiya xidmətlərindən birbaşa faydalanmağa imkan yaradacaq. Sözügedən layihə Litva Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb. Yeni status sayəsində xarici vətəndaşların Litvada biznes ilə məşğul olması da asanlaşacaq.
Elektron rezident statusu almaq istəyən vətəndaş viza müraciətinə tələb olunan sənədləri hazırlayıb Miqrasiya Departamentinə təqdim edəcək. Statusu alan şəxslər xaricilərin dövlət qeydiyyatına alınacaq və onlara şəxsi kod veriləcək.
Qanun layihəsi tezliklə Seymə müzakirəyə göndəriləcək. Analoji təcrübə 5 ildir ki, Estoniyada var. Estoniyadakı elektron rezidentlər heç bir sənəd təqdim etmədən, yalnız kodlarını daxil edərək ölkədaxili onlayn xidmətlərdən yararlanırlar. Estoniyanın elektron rezidentləri siyahısında Almaniyanın kansleri Angela Merkel, Roma Papası Fransisk, Yaponiyanın baş naziri Şinzo Abe var.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info