XİN: Zaman işğalçı ölkə olan Ermənistana qarşı işləyir
Tarix: 04.05.2019 | Saat: 11:45:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İsrailin KAN NEWS dövlət televiziya kanalına açıqlamasına münasibət bildirib.
Belə ki, erməni nazir İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini söyləyib.
XİN mətbuat katibi Leyla Abdullayeva Trend-ə deyib ki, bölgədə silah yarışından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdə birini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir:
"Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır. Yəni burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir.
Ermənistan xarici işlər naziri öz müsahibəsində, həmçinin qeyd edir ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin, “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur.
Hazırda hələ ki, siyasi iradənin nümayiş etdirilməsi yolu ilə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə emək olar. Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir".




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL
05.08.2020
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
05.08.2020
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info