Paytaxtda yeni hava limanı tikiləcək
Tarix: 01.08.2013 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Bakı şəhərində yeni hava limanı inşa olunacaq. Ələt qəsəbəsində tikintisi planlaşdırılan bu hava limanı əsasən yük təyyarələrinin istismarı üçün nəzərdə tutulacaq. Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov gələcəkdə Bakı şəhərinin inkişaf planı haqqında danışarkən bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: «Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanın inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq».
Qeyd edək ki, Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi gedir. Artıq sahilə qədər uzunluğu 7,5 km, dərinliyi 7 metr olan kanal açılıb və quruda tikinti işləri davam etdirilir. Gələn il birinci tikiliş kompleksi - bərə terminalı bütün yol infrastrukturu ilə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycan və Fransa şirkətləri 4 sektorda əməkdaşlıq imkanlarına malikdir
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
05.06.2020
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır
04.06.2020
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb
04.06.2020
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info