İspaniyada dünyada ilk dəfə robotlar arasında yürüş keçirilib
Tarix: 04.05.2019 | Saat: 17:13:00 | E-mail | Çapa göndər



“Roborace” elektromobillərinin avtonom yürüş seriyasının təşkilatçıları iddia edirlər ki, dünyada ilk dəfə olaraq avtomatik avtomobillər arasında uğurlu yürüşü keçirə bilərlər. Sınaq məqsədilə İspaniyada Monteblanko trasında bu həftə keçirilən yürüşdə 3 robomobil iştirak edib.

AZƏRTAC xəbər verir ki, elektromobil üçün bünövrə qismində sürücü üçün oturacaqlı “LMP1” kateqoriyalı “Ginetta” şassisi istifadə edilib. Lakin avtomobilin idarə olunma prosesinə tamamilə “DevBot 2.0” proqramı vasitəsilə nəzarət edilib. Təşkilatçılar baş tutan yürüşün nümayişini gələn həftəyə planlaşdırırlar. Lakin yürüşlərin keçirilməsi faktını “Roborace” seriyasının rəhbəri Lukas di Qrassi təsdiqləyib.
“Roborace” ideyası yeni deyil. Məhz bu yürüşlərin Formula E seriyasını dəstəkləyəcəyi barədə hələ 2015-ci ildə elan edilmişdi. Həm də seriyanın yaradıcısı Rusiya mənşəli “Kinetik” vençur fondudur. Fonda “Yota Group”un sabiq baş direktoru və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin keçmiş müavini Denis Sverdlov rəhbərlik edir.
Lakin əvvəlki planlar həddindən artıq optimist olub. “Roborace” yarışlarını Formula E-nin məhz birinci mövsümündə keçirmək alınmadı, avtomatik maşınların son hazırlıq işləri bir neçə il çəkdi. 2017-ci ildə Argentinada Formula E uik-endi çərçivəsində yürüşlərin nümayişi avtomobillərdən birinin divara çırpılması ilə başa çatdı.
Bununla yanaşı, son vaxtlar bu mənada xeyli irəliləyiş əldə edilib. Avtomatik yürüş maşınları hətta Qudvudda ötənilki festivalda da iştirak edib. İndi bu sahədə yeni addım atılıb və artıq bu il İtaliyada, Böyük Britaniyada, Macarıstanda və ABŞ-da sınaq yürüşləri planlaşdırılıb. Buna baxmayaraq, cari plana uyğun olaraq, 2021-ci ildə “Roborace” Formula E-yə dəstək yarışları qismində keçiriləcək.
Avtomatik maşınların yürüşünün keçirilməsi avtomobil idmanının gələcəyi ilə bağlı çoxlu suallar ortaya qoyur. Çünki nəticədə robot insandan sürətli ola bilər. Lakin Lukas di Qrassi bu yarışların insanların iştirakı ilə keçirilən yarışlara ümumiyyətlə hər hansı təsiri olacağı qənaətində deyil. “İnsanlar arasında yürüşlər heç vaxt sona yetə bilməz. “Deep Blue” Harri Kasparova qalib gəldikdən sonra insanlar şahmat oynamağı dayandırmadılar. İnsanlar daim bir-biriləri ilə yarışacaqlar. Biz isə yalnız texnologiyanı inkişaf etdiririk”, - deyə o bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info