Paşinyanın vədləri və indiki addımları
Tarix: 05.05.2019 | Saat: 15:40:00 | E-mail | Çapa göndər



Aprelin 25-da Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsi onu tənqid hədəfinə çevirib.

Ermənistanın “Armenia report” saytı yazır ki, müxalifətdə olan Paşinyan mitinqlərdə çıxış edərək Sarkisyan iqtidarını tənqid edərək bildirirdi ki, yanlış siyasət ucbatından ölkə enerji, nəqliyyat və iqtisadi blokada vəziyyətinə düşüb. Hal bu ki, Ermənistan Asiya ilə Avropa arasında tranzit rolunu oynaya bilər və dövlət büdcəsinə valyuta axınını təmin edər. İndi Paşinyan artıq müxalifət lideri deyil, ölkənin baş naziridir. Belə olan halda o dediyi sözlərin və verdiyi vədlərin həyata keçməsi üçün niyə heç bir iş görmür?
Müəllif Tevos Arşakyan yazır ki, Pekində keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Rusiya yüksək səviyyədə təmsil olundu. Dünyanın 60-dan çox ölkəsinin iştirak etdiyi forumda ticarət və nəqliyyat dəhlizlərinin yaradılması, tranzit yüklərin daşınması və sair bu kimi məsələlər müzakirə edilib. Forum çərçivəsində ümumi dəyəri 64 milyard dollar olan 283 müqavilə imzalanıb. Azərbaycan və Gürcüstan da bu müqavilələrdə iştirak edərək öz iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışdılar. Lakin Ermənistanı bu tədbirdə təbiəti mühafizə naziri ilə təmsil olundu və Çin ilə ekologiyanın mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol imzaladı. Müəllif ironik tərzdə sual qoyur: Görəsən təbiətin mühafizə naziri Erik Qriqoryanın ekologiyanın mühafizəsinə dair imzaladığı sənəd Ermənistan iqtisadiyyatının dirçəlməsinə necə təsir göstərəcək?
Yazıda nəzərə çatdırılıb ki, Paşinyanın başı daha çox hakimiyyətini möhkəmləndirməyə qarışıb. Ölkənin problemlərinə isə nəinki ikinci, heç üçüncü dərəcəli məsələ kimi də baxılmır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info