Amerikalı ekspert: Ermənistan öz hərəkətləri ilə “yatmış əjdaha“nı oyada bilər
Tarix: 05.05.2019 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur.
Trend-in məlumatına görə, bunu Azernews-a müsahibəsində Azərbaycan və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
Ekspert qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan konkret mövqe nümayiş etdirməyib. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki regionda təcavüzkar ölkə olaraq qalır.
P.Teys aprelin 10-11-də Nikol Paşinyanın Avropa Şurasında Azərbaycana qarşı təxribatçı çıxışını xatırladıb:
"Paşinyan bəyan edir ki, Azərbaycan güc tətbiq etməkdən və hərbi ritorikadan çəkinməlidir. Erməni nazir bu bəyanatı ilə beynəlxalq ictimaiyyəti və Avropa Şurasını aldatmağa çalışır. Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır. Bu ərazilər Azərbaycanın suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır
Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.
P.Teys vurğulayıb ki, Ermənistanın Baş naziri ikitərəfli danışıqlarda əldə olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir:
"Paşinyana təzyiq göstərilməsi üçün Yerevana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənilməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür".
Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü barədə bəyanatını şərh edən ekspert bildirib: "Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəzifəsində diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcminə yönəltməlidir. Onun açıqlamaları Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısialınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: "Yatmış əjdahanı heç vaxt oyatma!"




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info