Bakıda məhkəmə-hüquq islahatları ilə bağlı konfrans keçirilir
Tarix: 06.05.2019 | Saat: 10:52:00 | E-mail | Çapa göndər


Bakıda “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans işə başlayıb.
Trend-in məlumatına görə, tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə keçirilir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransın keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışdılar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərdə biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs edib və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğulayıb.
Birinci vitse-prezidentin köməkçisi dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Monteneqro Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib
03.08.2020
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
03.08.2020
Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb
03.08.2020
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta “twitter“ hesabı açıb
03.08.2020
Ermənistan ilə Faşist Almaniyası arasında oxşarlıqlar nədir?-VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info