Özünüməşğulluq proqramı: verilmiş aktivlərdən səmərəli istifadə üçün təkmil metodiki dəstək mexanizmi qurulur
Tarix: 06.05.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Bu sahəyə nəzarət sistemi gücləndirilir


Prezident İlham Əliyev özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda “Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, - mən bilirəm ki, treninqlər də keçirilir, - eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır” deyə bildirib.
Tapşırığın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb.
Xüsusilə proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təəsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək.
Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək.
Aktivlərdən istifadəyə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemində özünüməşğulluq proqramının hər bir iştirakçısına dair şəxsi kabinetlər yaradılacaq. Proqramın icra mərhələlərində onunla bağlı aparılmış işlər, yekun olaraq ona verilmiş aktivlər barədə məlumatlar şəxsi kabinetlərində yerləşdiriləcək. Verilən aktivlərin keyfiyyəti (foto və videomateriallarla) və bunu təsdiqləyən sənədlər, aktivlərin verilməsi zamanı vətəndaş məmnunluğu əsasında aktlaşdırma prosesi, aktivlərdən istifadəyə dair aparılmış vaxtaşırı montorinqlərin nəticələri və s. barədə məlumatlar əlavə ediləcək. Bütün bu məlumatların ictimai açıqlığı və nəticədə verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarət də təmin ediləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info