Heydər Əliyevin siyasi konsepsiyasında milli ideologiya amili
Tarix: 06.05.2019 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Milli etnik ideyanın müəyyən bir zaman ərzində ideologiyaya çevrilməsi prosesi milli ideologiyanın meydana gəlməsi ilə nəticələnir. Xalqımızın qədim tarixə malik olan milli ideologiyası mill şüurun məhsulu kimi meydan gəlmiş və varisilik prinsipinin siyasi-ideoloji bir mahiyyətini özündə ehtiva etmişdir. Milli ideologiya milli özünüdərkin sistematik şəkildə ümumiləşdirilməsi nəticəsində təzahür edir. Milli ideologiya bu və ya digər xalqın, etnik qrupun və ya millətin mövcudluğunu müəyyənləşdirən əsas şərtlərdən biridir. Bu faktor özünü incəsənət əsərlərində və ya müxtəlif fəlsəfi mətnlər vasitəsilə ifadə edir.
Milli ideologiya millətin tarixi və mənşəyi, tarixi missiyası və mənşəyi kimi məsələlələri xarakterizə edən bir sıra suallara cavab verir. Milli ideologiya ictimai həyatın bütün sahələrində milli maraqların prioritetinə əsaslanan münasibətlərdə, mənəvi birliyin prinsiplərində, adət-ənənə və dəyərlər sistemində ehtiva olunur. Milli ideologiyada xalqın, onun dilinin, mədəniyyətinin və ənənələrinin siyasi, iqtisadi, mədəni, mənəvi meyarlarının prioritetləri öz əksini tapır. Milli ideologiyanın parametrlərinin düzgün tənzimlənməsi böyük əhəmiyyət kəsb edir, çünki milli təkəbbürün həddindən artıq formada təzahür etməsi millətçilik və ekstremizm kimi halların meydana gəlməsinə səbəb olur. Milli ideologiyanın humanist dəyərlər çərçivəsində yürüdülməsi prosesi multikultural dəyərlərin, beynəlxalq əməkdaşlıq və tolerant mühitin meydana gəlməsinə vəsilə olur. Milli ideologiyanın mövcud kriteriyalara uyğun nizamlanması prosesi Heydər Əliyevin apardığı siyasi fəaliyyətdə özünü açıq bir şəkildə biruzə verməkdədir.
Milli özünüdərk və milli ləyaqət hissi bütün etnoslarda bu və ya digər bir şəkildə təzahür etməsi nöqteyi-nəzərdən bütün millətlər müstəqil dövlətə malik olmaq üçün mübarizə aparmış, bu amal uğrunda qurbanlar vermiş, tarixin qanlı və şanlı səhifələrindən milli dəyərləri və milli ideyaları varisilik prinsipi ilə özündən sonrakı nəsillərə ötürmüşdür. Lakin hər millət müstəqil dövlət qurmaq və milli dəyərləri beynəlxalq arenadan tanıtmaq şərəfinə nail ola bilməmişdir. Tarixən milli iradəsinin əzmliyi, etnik potensialının yüksək səviyyədə olması ilə səciyyələnən xalqımız istiqlalının itirilməsi ilə heç cür barışa bilməmişdir. Keçən əsrin əvvəllərində çar Rusiyasının ucqarlarında yerləşən Azərbaycanda müstəmləkə qüvvələrinə qarşı milli oyanış baş qaldırdı. Məhz bu milli oyanış nəticəsində müsəlman və türk dünyasının ilk demokratik respublikası bərqərar oldu, qısa müddət ərzində olsa da öz varlığını qoruyub saxlaya bildi. Sovet hakimiyyəti illərində kommuist diktaturasının milli hisslərə, milli dühalara qarşı apardığı represiya siyasəti də xalqımızın milli ideologiyasını boğa bilmədi. Xalq öz dilini, dinini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini tarixin qaranlıq və qanlı səhifələrində belə məhv olmaqdan qorumağı bacardı.
XX əsrin ikinci yarısından etibarən ictimai-siyasi arenada özünü parlaq bir tərzdə əks etdirən ümummilli lider Heydər Əliyevin milli zəmində dövlətçilik ideologiyasının meydana gəlməsində, inkişaf etməsində, milli dəyərlərimizin mühafizə edilməsində əvəzolunmaz bir rol oynamışdır. Ulu Öndər hələ sovet hakimiyyəti illərində milli-mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin tanıdılması və təbliği sahəsində ciddi işlərə imza atmış, sovet ideoloqları tərəfindən boğulan milli ideologiyanın düzgün müstəvidə inkişaf etməsinə rəvac vermişdir.
Mühüm bir faktoru qeyd etmək yerinə düşərdi ki, milli ideologiya hər bir etnik toplumun dünya arenasında ictimai-siyasi mövqeyini əks etdirən önəmli sahədir. Milli siyasətin düzgün tənzimlənməsi sahəsində milli ideologiya ekstremist təmayüllərə məruz qalmadan inkişaf edir. Bu baxımdan da milli siyasət etnosların özünəqapılmasına deyil, əksinə etnik toplumun digər etnik toplumlarla qarşılıqlı anlaşmanın tənzimlənməsinə xidmət edir. Milli siyasət təkcə milli hegemonluğa əsaslanmaqla kifayətlənə bilməz, milli siyasət həmçinin milli azlıq halında yaşayan etnosların ictimai-siyasi hüquqlarının qorunmasına, digər etnik toplumların milli-mənəvi dəyərlərinə hörmət bəsləməklə təzahür etməlidir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər hər zaman milli siyasətin düzgün şəkildə aparılmasına ciddi yanaşmış, xalqımızın çoxəsrlik tarixə malik olan adət-ənənəsinin, humanist dəyərlərimizin beynəlxalq səviyyədə nümayiş etdirilməsi üçün çalışmışdır.
Müxtəlif etnoslarda müxtəlif səpkidə özünü biruzə verən milli ideologiya bəzi xalqlarda humanist və tolerant formada, bəzi xalqlarda isə ekstremist və şovinist hallarda özünü biruzə verir. Xalqımızın milli ideyasının milli ideologiyaya çevrilmə momenti zamanı bu kimi mühüm nüanslara diqqət yetirmək lazımdır. Çünki milli ideyalar ilk dəfə əksər hallarda xaotik və nizamsız formada meydana gəlir, bu qəbildən olan milli ieyaların sistematik və humanist meyarlarla istiqamət götürməsi problemini həll etmək siyasi liderlərin öhdəsinə düşür. Məhz ümummilli lider Heydər Əliyev də belə liderlərdən biri kimi milli ideologiyamızın tərcümanı qismində çıxış etmişdir.
Ölkəmizdə tarixən multikultural dəyərlərin, humanist və tolerant xarakterli mənəvi dəyərlərin mövcud olması səbəbindən cəmiyyətimiz polietnik bir mahiyyət kəsb edir. Keçən əsrin əvvəllərindən başlayaraq qığılcım halında şölənən milli kimlik məsələsi Heydər Əliyevin apardığı məqsədyönlü fəaliyyəti nəticəsində bu gün düzgün bir müstəvidə alovlanır. Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə ölkəmizin ictimai-siyasi mövqeyi heç də ürəkaçan bir səviyyədə deyildi. Mənfur qonşularımız vətənimizə basqın etmiş, ekstremist təmayüllü qruplar baş qaldırmış ölkəmizdə hərc-mərclik və özbaşnalıq hökm sürürdü. Qısa zaman kəsimində ölkədə sabitliyi və əmin-amanlığı təmin etmək, etnik zəmində baş verən ciddi qarşıdurmaların qarşısını almaq yalnız Ulu Öndərin nadir dühası sayəsində mümkün ola bilərdi.
Ölkəmizdə sabitlik və əmin-amanlığın davamı olması üçün ardıcıl şəkildə multikultural siyasət yürütmək dini və etnik zəmində baş verə biləcək qarşıdurmaları düzgün siyasi konsepsiya ilə tənzimləmək zəruri proses kimi önəmli bir əhəmiyyət kəsb edirdi. Bu qəbildən olan bütün məsələlər milli siyasətin humanist və çoxkonfenssiyalı bir müstəvidə aparılması ilə tənzimləndi. Etnik münasibətlərin ahəngdarlığı və harmoniyası probleminin düzgün spektrdən analiz edilməsi nəticəsində milli ideologiya məsələləri həll edildi. Milli və bəşəri dəyərlərin sintezi, keçmiş nəsillərin varisilik prinsipi yolu ilə bizə ötürdüyü milli-mənəvi dəyərləri mühafizə etmək, tarixin dialiektik süzgəcindən keçən mədəni mirası qoruyub saxlamaq, bu mənəvi irsi özümüzdən sonrakı nəsillərə mükəmməl formada transformasiya etmək kimi mühüm məsələlər məhz H. Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gerçəkləşdi.
Hər bir etnosun milli mənəvi varlğının əsas xarakteri formasında təzahür edən milli ideologiya özlüyündə dünyagörüşü, adət və ənənələr sistemidir. Totalitar mahiyyət kəsb edən sovet diktaturası dövründə milli ideologiya kommunizmin subyektiv ideologiyası tərəfindən sıxılmış vəziyyətdə idi. Lakin müstəqillik əldə etdikdən sonra milli ideologiya obyektiv mahiyyət kəsb edən ideyaların məntiqi məcmusundan ibarətdir. Milli ideologiya milli bir xarakter kəsb etməklə yanaşı, bəşəri və humanist mahiyyət kəsb etməsi ilə səciyyələnməli, subyektiv və antaqonist ünsürlərdən uzaq olmalıdır. Azərbaycançılıq məfkurəsi altında ulu öndərin apardığı milli siyasət bu gün öz parlaq nəticələrini verir. Beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi yaddaşlara həkk olmuş H. Əliyevin apardığı siyasi fəaliyyət ümumbəşəri və milli dəyərlərin harmoniasının vəhdətində bərqərar olmuşdu. Sevindirici haldır ki, ulu öndərin apardığı bu təqdirəlayiq siyasət bu gün də onun layiqi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu və layiqli bir şəkildə davam etdirilir.
Milli-ideoloji prioritetlərin ümümbəşəri səviyyədə çiçəklənməsi sahəsində Heydər Əliyevin yerinə yetirdiyi işlər tariximizin qızıl səhifələrində öz əksini tapmışdır. Bildiyimiz kimi uzun müddət xalqımızın milli mənəvi dəyərləri beynəlxalq arenadan təcrid olunmuş şəkildə, qapalı bir müstəvidə təşəkkül etmişdir. Zəngin tarixə malik olan milli dəyərlərimizin mədəni inteqrasiya axınında özünü təcəssüm etdirməsi müasir dövrdə mühüm aktuallıq kəsb edir. Planetar sivilzasiyada mədəni dəyərlərimizin ümummilli aspektdə istiqamət götürməsi, vətəndaş cəmiyyətinin çiçəklənməsi, etnik və dini qruplaşmalar arasında sağlam dialoqun meydana gəlməsi, mənəvi dəyərlərin düzgün məcrada inkişafı kimi məsələlər birbaşa olaraq H. Əliyevin əsasını qoyduğu siyasi konsepsiya ilə obyektiv və qərəzsiz bir səpkidə həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycançılıq ideologiyası Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün sahələrində aşkar şəkildə özünü biruzə verir. Ölkəmizdə müasir dövrdə aparılan milli konsepsiya bərabərhüquqlu bir mahiyyət kəsb edir. Fikir plüralizimi şəraitində tərəqqi edən milli ideologiyamızın təməl prinsipləri təkcə ölkəmizdə deyil, bütün planetdə sülhün, dini dözümlülüyün, etnik məsələlərdə sağlam ünsiyyətin və qarşılıqlı dialoqun meydana gəlməsi üçün böyük bir örnək rolunu oynaya bilər. H. Əliyevin mənəvi şəxsiyyəti, ictimai fəaliyyəti, siyasi dünyagörüşü, etik keyfiyyətləri, elmi-nəzəri irsi milli ideologiyamızın təcəssümü qismində istiqamət götürmüş Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan milli polietnik rəngarəngliyi politik rəngarəngliyə çevirməmək, vahid vətəndaş siyasi mədəniyyətini inkişaf etdirmək vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.

Qənimət Pirəliyev
Siyəzən şəhər “Cümə” məscidi dini icmasının sədri




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info