“Qrant kəndiri”nə bağlananların anormal fəaliyyəti
Tarix: 06.05.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, xaricdə yaşayan söyüşcül dəstənin aktiv üzvlərindən olan Orduxan Temirxan uzun müddətdir ki, müxtəlif təhqirlərlə ayrı-ayrı məmurların, ümumilikdə, Azərbaycanın-öz Vətəninin əleyhinə kampaniyalar aparır. Son dönəmlərdə Məhəmməd Mirzəli, Tural Sadıqlı, Sevinc Osmanqızı və digər Avropa və Amerikada rahat həyat tərzi keçirərək xalqa “ağıl” öyrədənlərlə birgə yenidən aktivləşməyə başlayıb. Əlbəttə, bu aktivlik boşuna deyil, belə birgə fəaliyyət, fəallığın arxasında ciddi maliyyə yardımları, çirkli pullar-qrantlar dayanır. Bu qrantların qaranlıq mənbələrdən gəlməsi də heç kimə sirr deyil. Yəni, Anti-Azərbaycan dairələr, ayrı-ayrı erməni lobbilərinə bağlı olan beynəlxalq “insan haqları” təşkilatları daim müxalifətçiləri öz qarmaqlarına keçirərək maksimum ölkəmizin adına ləkə yaxmağa çalışıblar. Hətta qrantlarla bağlı bu anormal prosesləri elə bu söyüşcül dəstənin üzvləri də etiraf ediblər. Xatırlayırsınızsa, ötən ilin sonlarında Məhəmməd Mirzəli Tural Sadıqlı ilə söyüş dilində, təhqirlərlə davaya qalxaraq, ona çatmalı olan qrantın məhz Sadıqlı tərəfindən “yeyilməsindən” şikayət etmişdi. Yəni özlərini xalqın dərdinə qalan kimi göstərən bu qaragüruhçu dəstə heç vaxt öz əməllərində, sözlərində səmimi olmayıblar, bir-birilərinin quyruqlarını tapdalayanda, dərhal sancmağı bacarıblar. İndiki halda isə Orduxanın yenidən öz ampluasında qalması, “mən heç kimi təhqir etmirəm, trollar məni təhqir edirlər” deyən birinin yenidən ağır sözlərlə təhqirlər paylaşması yeni qrant qoxusundan xəbər verir. Orduxanın sosial şəbəkələr üzərindən etdiyi paylaşımlarda təhqir dolu sözlərinə dəfələrlə rast gəlmişik. Ən son belə anormal fikirləri isə deputatlarla bağlı olub. Adam özünü mələk kimi göstərməyə çalışdığı halda, deputatları ağır formada təhqir etməsi, təbii ki, xalq arasında yaxşı qarşılanmır. Mental dəyərlərimizdən biri də istənilən şəxs haqqında söyüş, alçaldıcı sözün deyilməməsidir. Yəni bu xalqın nümayəndələri nə xaricdə, nə də daxildə istənilən sahədə mübarizə apardığı rəqiblərini, xoşlamadığı birini belə, heç vaxt təhqirlərlə aşağılamağa çalışmayıblar... İndiki halda, Orduxanın “itimə deputat adı vermişəm” deyərək, itinin şəklini paylaşıb mövzunu lağ-lağıya qoyması nəinki mental dəyərlərimizə ziddir, heç onun yaşadığı Avropada belə anormallıqları qəbul etmirlər! Bir anlıq təsəvvür edin ki, İngiltərədə siyasətlə məşğul olduğunu deyən və ya blogger olan biri heyvanına deputatın adını verdiyini deyərək, xalqı belə addımlar atmağa çağırır. Təbii ki, həmin şəxs şiddətlə qınanılacaq, ya da ona cinayət işi açılacaq. Çünki ümumiləşdirərək hansısa peşənin sahiblərini, ümumilikdə, məmurları təhqir etmək olmaz. Bunlar küçələrdə, anormal məkanlarda şəkillər yapışdırıb aksiya keçirən dəstənin üzvləridirlər. Ötən il də müəllimlərimizi təhqir edərək ağır sözlərlə onları aşağılamağa çalışmışdılar. Seçkilərlə bağlı , aidiyyəti olmayan şəkildə bütün müəllimələrin üzərinə gedən bu gənclər həmin vaxt bütün qadın müəllimlər haqqında xoş sözlər işlətməmişdilər. Elə Qurban Məmmədov da onlarla eyni cərgədə olduğunu göstərərk oxşar addımlar atmışdı.
Qısası, bu gün psixoloji problemləri olan, min bir yolla xaricə qaçıb, siyasətdən başqa hər işlə məşğul olan bu “iaşə müxalifətinin” nümayəndələri danışdıqca batırlar. Batdıqca isə özləri ilə digər həmkarlarını da dartıb aparırlar. Görünən odur ki, nəinki Orduxanlar, elə onlara dəstək olan ənənəvi müxalifətin “qoca qurdları” da cəmiyyətimizdə zərrə qədər də olsun nüfuz qazana bilmədilər, bundan sonra onların işi-peşəsi elə ancaq belə lağ-lağı mövzular üzərində qurulmuş anormal paylaşımlar etmək olacaq. Xalq ciddiyə aldığı şəxslərə inanır, xalq inam göstərdiyi şəxsləri daim özünə rəhbər seçir və bu xalq öz gələcəyini dövlətin inkişafı üçün çalışanlarda görür. Daha iti, pişiyi ilə foto çəkdirib söyüş, təhqir dilində danışan “iaşə” uşaqlarında yox...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info