Avropa, Rusiya və Çin ABŞ-ı “oyundankənar” vəziyyətə salır
Tarix: 06.05.2019 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


İranla yeni danışıqlar prosesi başlayır: Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin nümayəndələri Brüsseldə toplaşacaqlar


Bu ilin yanvar ayında yaradılmasına baxmayaraq, heç bir əməliyyat aparılmayan INSTEX sistemi işə salına bilər

İran ilə Qərb dövlətləri arasında yeni danışıqlar prosesi başlayır. Bu gün İran, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin nümayəndələri Brüsseldə görüşəcəklər. ABŞ birtərəfli qaydada 2015-ci ildə imzalanmış “Nüvə razılaşması” sazişindən çıxdığına görə bu görüşdə iştirak etməyəcək. Ekspertlər səviyyəsində keçiriləcək görüşdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və İran ilə Avropa dövlətlərinin iqtisadi əməkdaşlığının perspektivləri müzakirə ediləcək. Xatırladaq ki, ABŞ-ın “Nüvə razılaşması” sazişindən çıxması və İrana qarşı daha ciddi sanksiyalar tətbiq etməsi nəticəsində Avropa dövlətləri ilə İran arasındakı iqtisadi və ticarət əlaqələrində problemlər yaranıb. Maliyyə əməliyyatlarını davam etmək üçün cari ilin yanvar ayında Fransada INSTEX sistemi yaradılıb. Bu sistem sanksiyalardan yan keçərək İran ilə Avropa dövlətləri arasında maliyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verəcək. Lakin sistemin yanvar ayından yaradılmasına baxmayaraq, heç bir əməliyyat rellaşdırılmayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, “Nüvə razılaşması” sazişində İran yalnız özünün nüvə proqramını məhdudlaşdırmağa razılıq verib. ABŞ isə saziş imzalanandan sonra İrana raket proqramını da məhdudlaşdırmaq şərtini irəli sürdü ki, bu da qarşılıqlı ittihamlara yol açdı. Nəticədə Prezident Doland Tramp ABŞ-ın sazişdən birtərəfli qaydada çıxdığını bəyan etdi və ardınca İrana qarşı bütün sanksiyaları nəinki bərpa etdi, eyni zamanda, yeni sanksiya tədbirləri də həyata keçirməyə başladı. Hazırda ABŞ İranın dünya bazarına neft çıxarmaq imkanını da sıfıra endirib. Bütün bunların fonunda Avropanın səssiz qalması İranın qıcıqlandırdı. Avropa dövlətləri ABŞ-ı tənqid etsələr də, İran ilə iqtisadi əməkdaşlığı davam etdirmək üçün heç bir real addım atmadılar. Beləliklə, ABŞ istisna olmaqla İran ilə “beşlik” arasında yenidən görüşüb danışmaq zərurəti meydana çıxıb. Ekspertlər səviyyəsində keçiriləcək bu görüşün ardınca nazirlərin görüşməsi nəzərdə tutulub. Bu görüşlərin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Brüsseldə keçiriləcək görüşdən əvvəl Avropa İttifaqı, Fransa, Almaniya və İngiltərə ABŞ-ın İrana neft ixracı ilə bağlı tətbiq etdiyi sanksiyaları qınayıblar. Bu ölkələr İrandan güzəştli şərtlərlə neft alan ölkələrə imkan tanınmaması və İranın mülki nüvə fəaliyyətini hədəfləyən sanksiyalarla bağlı ortaq açıqlama yayıblar. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini, Fransanın xarici işlər naziri Yean-Yves Le Drian, Almaniyanın xarici işlər naziri Heyko Maas və İngiltərənin xarici işlər naziri Ceremi Hantın imzaladığı açıqlamada ABŞ-ın sanksiyalarının təşviş yaratdığı bildirilib. Nüvə sahəsindəki sanksiyaların ləğv edilməsinin İranla razılaşmada əhəmiyyətli bir ünsür olduğuna işarə verilib. İranın nüvə razılaşmasının məqsədinə uyğun istiqamətdə davam etdiyi, razılaşmanın Yaxın Şərqdə sabitliyi və təhlükəsizliyi artırdığı vurğulanıb. Həmçinin qeyd olunub ki, nüvə razılaşması tərəfdarı olan ölkələr İran ilə maliyyə və ticarət münasibətlərini davam etdirmək istəyir. Avropalı ortaqlar İranla ticarətin inkişafını təmin etmək üçün xüsusi məqsədli mexanizmini işə salmaqda qətiyyətlidirlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info