Müxalifətin yaratdığı yalançı miflər dağılır
Tarix: 01.08.2013 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


|

Seçki günü yaxınlaşdıqca seçkidə iştirak edən partiyalar, birliklər və ümumiyyətlə, siyasi qüvvələr özlərinin müsbət imicinin, obrazlarının yaranması üçün işləməli və cəmiyyətlə daha aktiv ünsiyyətdə olmalıdırlar. Bu, seçki dövrünün qaydasıdır və istənilən seçki kampaniyası bu prinsiplər üzərində qurulur. Buna riayət etməyən siyasi lider və partiyalar məğlubiyyətə düçar olurlar. İki aydan sonra Azərbaycanda da prezident seçkiləridir və bununla əlaqədar bütün siyasi qüvvələr cidd-cəhdlə çalışırlar.
Hazırda ölkəmizdə seçkiqabağı vəziyyət hamıda maraq yaradır. Siyasi arenada qüvvələr nisbəti, verilən vədlər və vədlərin reallaşması mexanizmlərinə nəzər salarkən bir çox məqamları görmək olur. Məsələn, ictimaiyyətlə seçkiqabağı prosesdə iştirak edən və vahid namizədlə çıxış edən partiyalar arasında olan münasibət, onların cəmiyyətə verdikləri mesajlar və s. Təəssüf ki, seçki ili olmasına baxmayaraq, bu sahədə heç də ürəkaçan mənzərə müşahidə olunmur və bunun da səbəbləri var.

Nəyə görə müxalifət partiyaları böhrandadırlar?

Bu gün görünən odur ki, ölkədə siyasi partiyaların durumunda qeyri-müəyyənlik hökm sürür. Xüsusilə bu müxalifət partiyalarına aiddir. Keçirilən iclaslara az sayda partiya üzvlərinin qatılması və mühüm qərarların qəbul edilə bilməməsi bunun əyani sübutudur. Bu da həmin partiyaların daxilində yenidən təşkilatlanmanın vacibliyini göstərir. Partiyalar ideoloji cəhətdən axsıyır, müasir dövrün tələblərinə və ən əsası da müasir gənclərin istək və tələblərinə cavab verə bilən ideologiyanın vacibliyi getdikcə daha aydın şəkildə görünür. Lakin bu istiqamətdə heç bir addımlar atılmır. Müxalifət partiyaları seçkidən seçkiyə aktivləşən və hər 5 ildən bir vətəndaşlarla ünsiyyətə daxil olan struktura çevrilir. Mövcud olan müxalifət partiyaları güclü lider və hərtərəfli konsepsiyaya malik olmadıqlarından zaman keçdikcə öz mövqelərini gücləndirə bilmir, əksinə itirirlər. Partiyaların üzvləri arasında qocalma tendensiyası hökm sürür və gənclər siyasi oyun meydanına buraxılmır. Artıq iyirmi ildən çoxdur ki, müxalifət düşərgəsində yeni sima, yeni imic yoxdur. Hər seçki dövrü yaxınlaşdıqca Azərbaycan vətəndaşları 90-cı illərin əvvəllərində ölkəni idarə edə bilməmiş şəxsləri görürlər. Müxalifətin cəmiyyətdə etibarını itirmiş və qocalmış liderləri öz yerlərini cavan nəslə vermək fikrində olmadıqlarını göstəririlər. Belə olan halda isə gənclərin müxalifət partiyalarına gəlişi mümkün deyil və sosial bazanın olmaması obyektiv haldır. Müxalif partiyaların belə zəif olmasının yuxarıdakı səbələrindən əlavə başqa bir məsələni də qeyd etmək lazımdır. Hazırkı ölkəni idarəedən siyasi elita partiya quruculuğu işində daha çevikdir və ən əsası gənclərlə işləməyə üstünlük verir. Hakim elita özünün partiya sistemində effektiv işləyir və mövcud boşluğu doldura bilir. Bu da öz növbəsində zaman-zaman müxalifətdə olan və orada heç bir uğur əldə edə bilməyən şəxslərdə özlərinin partiyalarına qarşı inamsızlıq yaradır və son nəticədə onlar müxalifət partiyalarını tərk edirlər.

“Milli şura”nın absurd ideya və
bəhanələri

Digər maraqlı bir məqam “milli şura”da birləşən partiyaların normal işləyə bilən ideya verə bilməməsidir. Onlar absurd ideyalarla çıxış edir, verilən məntiqi suallara isə normal cavab verə bilmirlər. Məsələn, onlar bildirir ki, ölkədə hakimiyyət qolları arasında balansın yaradılması, prezident səlahiyyətlərinin azaldılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi, ikiillik keçid dövrünün yaradılması vacibdir. Qeyd edək ki, “milli şura”nın bildirdiyi bu ideyaların bəziləri artıq çoxdan reallaşıb. Məsələn, hakimiyyət qolları arasında balans, çəkindirmə və əksdurma sistemi var və bu sistem işləyir. Digər bir məqam prezidentin səlahiyyətlərinin nə üçün azaldılmasının vacibliyi və nəyə görə parlamentin buraxılmalı və ikiillik keçid dövrünün qurulmalı olmasıdır. Bu haqda onlar ətraflı izah verə bilmirlər. Hazırda prezident idarəçiliyi ölkənin idarəsi və yeni dövrün çağırışlarına cavab verə bilmək, idarəçilikdə effektiv qərar qəbulunu reallaşdırmaq üçün hərtərəfli imkana malikdir, parlament isə dövri olaraq seçkilər nəticəsində formalaşır. Digər bir məsələ “milli şura”nın onlara istiqamətlənən suallara aydın cavab verə bilməməsidir. Məsələn, vahid namizədin nə zaman dönəcəyi ilə bağlı heç onların özləri də aydın təsəvvürə malik deyillər. İkili vətəndaşlıq, guya müxalifətin namizədinin həbs oluna bilmə ehtimalı kimi fikirləri irəli sürən “milli şura” bununla özünü daha da pis duruma salır. Xaricdə keçirilən görüşlər isə müxalifətin kənardan idarəedilməsi fikrini daha da qüvvətləndirir.

Miflərin
dağılması mərhələsi

Maraqlıdır ki, bu gün “milli şura” və orada birləşən siyasi qüvvələr özlərinin cidd- cəhdlə yaratdıqları “xilaskar”, “demokratik müxalifət”, “bərabər imkanlar” kimi obrazları dağıdırlar. Bəli, bu gün biz artıq müxalifətin yaratdığı miflərin dağılmasının şahidi oluruq. Bunun günahı isə heç də iqtidarda deyil, elə müxalifətin özündədir. Bu gün cəmiyyətdə “milli şura” haqqında mənfi fikirlər formalaşır və artıq insanlar bunun bir oyun olduğunu daha aydın dərk edirlər. Əslində, bu, belə də olmalıdır. İnsan psixologiyası hər zaman yeni ideyalara, yeni imkanlara doğru gedir. Verilən vədlərə inam yaranır, lakin zaman keçdikcə vədlər və imkanlar reallaşmayanda insanlarda həmin vədləri verən şəxslərə qarşı məyusluq yaranır. Yalnız bir müddət, müəyyən zaman keçdikcə insanlarda siyasi oyunun iştirakçıları haqda hərtərəfli fikir formalaşır və vətəndaşlar realizmlə idealizm arasındakı fərqi qavraya bilirlər.
Bu mənada təqdirəlayiq haldır ki, cəmiyyətimizdə “milli şura”nın bu oyununa öz xoşu ilə və ya aldadılaraq qoşulan vətəndaşların sayı getdikcə daha da azalır və onlar real imkanları, demokratik dəyişiklikləri indiki vəziyyətdə ölkədə aparılan məntiqi siyasətdə görür və bu siyasətin ardınca getməyə üstünlük verirlər.




 
Müəllifin son yazıları

03.04.2015 Telekanallar xoşbəxt sonluqla bitən verilişlərə üstünlük verməlidirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info