Özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün KOBİA-da təlimlər keçirilir
Tarix: 07.05.2019 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb olunan işsiz və işaxtaran vətəndaşlar üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təlimlərə başlanıb.
Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində və bölgələrdə təşkil olunan bu təlimlərə 94 nəfər cəlb edilib. Təlimlər Bakı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB (Kiçik və Orta Biznesin) Dostu” ofislərində keçirilir.
Bir ay davam edəcək təlimlərdə özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi biliklər tədris olunur. Təlimləri uğurla başa vuran iştirakçılara Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın birgə sertifikatı veriləcək.
Qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, artıq Agentliyin “KOB Dostları”na da müraciət edə bilərlər. Müraciət edən şəxslərə “KOB Dostları” tərəfindən özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info