“Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq”
Tarix: 07.05.2019 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


“Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir”. Bu sözləri “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak edən Prezident İlham Əliyev deyib. Prezident deyib ki, bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar: “İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir. Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik. Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info