Heydər Əliyev və natiqlik sənəti
Tarix: 07.05.2019 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Mahirə Hüseynova
filologiya elmləri üzrə doktor, professor.
ADPU filologiya fakültəsinin dekanı

Birmənalı demək mümkündür ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik təfəkkürü və o təfəkkürün praktikləşdirilməsində əvəzsiz rolu olan insan kimi qalmağı ilə bərabər, həm də Azərbaycan nitq mədəniyyətinin nadir nümunələrini yaratmış bir şəxsiyyət kimi qalacaqdır. İlk əvvəl onu qeyd edək ki, qürur hissi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu Öndər mənsub olduğu xalqın dilini, bu dildə min illər boyu formalaşmış düşüncə təzinin inikası olan xalq fəlsəfəsini dərindən bilirdi və həmin bilgi parlaq şəxsiyyətin natiqlik məharətini stimullaşdıran başlıca keyfiyyət kimi diqqəti çəkir.
Natiqlik məharəti, auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin konturlarını belə müəyyənləşdirirdilər: hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda natiqlik məharətini öyrənən elmin- ritorikanın əsasını qoyan Aristotel, Siseron, Kvintiliana və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşü göstərməklə bərabər həmin nitqin ifadə edildiyi dil elementlərini də vacib komponentlər kimi qeyd edirdilər. Məsələn, Aristotel bunun üçün stilistika və qrammatik qaydalara xüsusi diqqət yetirirdi. Bəşər tarixinin ən böyük mütəfəkkürü özünün “Ritorika”sında uğurlu nitq üçün şərt kimi “insanlıq tarixininə qucaq açmağı” görürdü. O hesab edirdi ki, “natiqlik məharəti- insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər dərin səmimi bilgi tələb edən adi bir keyfiyyətdir”. Bütün bunlarla bərabər, insanlığın fikir dünyasının patriarxınatiqlik sənətində arqumentləri başlıca silah kimi təqdim edirdi.
Azərbaycanda natiqlik məharətinin göstəricisi olan nümunələr çoxdur və həmin nümunələr sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif müraciətlərində, ictimai-siyasi tədbirlərdə, elm və incəsənət adamları ilə görüşlərindəki nitqləri xüsusi yer tutur. Həmin nitqlərin hər birində böyük insanın hər məqamda xalqının arzu və istəkləri, gələcək haqqında təsəvvürləri ilə bərabər, narahat ürəyin döyüntülərini hiss etmək mümkündür. Bunun ən parlaq nümunəsi olaraq 1990-cı il yanvar ayının 20-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində o zamankı SSRİ siyasi rəhbərliyinin iradəsi ilə azərbaycanlılara qarşı həyata keçirilən qanlı cinayət əməlindən bir gün sonra Moskva şəhərindəki Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək verilmiş bəyanatdır. Həmin bəyanat heyrətamiz şəxsiyyətin öz xalqı üçün çətin məqamda göstərdiyi fədakarlıqla bərabər, hadisələrə ən gərgin məqamlarda belə verilən obyektiv qiymətin göstəricisi sayıla bilər. Şərti olaraq üç hissəyə bölünən bəyanatda Heydər Əliyev ilkin olaraq öz şəxsinin həyat yolunu xatırladır. Bəyanatın daha çox SSRİ-dən kənardakı auditoriyaya hesablandığını nəzərə alsaq, bunun nə qədər vacib olduğunu açıqlamağa belə ehtiyac olmaz. Heydər Əliyevin həmin nitqi zamanı onun üslubuna xas elementləri aydın görmək olur, dəmir məntiqlə ölkədə hərc-mərclik görüntüsü altında aydın siyasi xətt yeridildiyini və həmin xəttin Azərbaycan xalqının cəzalandırılması mexanizmlərinin işə salınması ilə müşayiət olunduğu birmənalı vurğulanır: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisələrə laqeyd qala bilməzdim. Buraya əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan Daimi Nümayəndələiyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”. O özünəməxsus qətiyyətlə ucsuz-bucaqsız ölkədə əslində nə baş verdiyini göstərir və baş verənlərdə günahkarları ünvanları ilə təqdim edir:”Azərbaycanda baş verənlərə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan millətlərarası münaqişə gedir. Həmin münaqişəni isə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlk indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.
Ümummilli liderimizin uzun bir dövrü əhatə edən müddətdəki nitqləri qədirbilən insanların xüsusi zəhməti ilə bir yerdə toplanaraq çap edilmişdir. Vurğulamağı lazım bilirik ki, həmin kitablar ancaq geniş oxucu kütlələri üçün deyil, nitq mədəniyyəti tarixini araşdıran elm adamları üçün də əhəmiyyətini saxlayacaqdır.
Əlbəttə, hər bir nitq öz zamanının tələbləri səviyyəsində tematik müxtəlifliyə malikdir, bu bizim araşdırmaq istədiyimiz mövzu deyil, lakin onu hökmən yada salmaq istərdik ki, natiqlik sənətinin nümunəsi hesab olunan hər bir nitq əbədi bir öyrədici vəsait kimi qiymətini əsrlər boyu saxlaya bilir. Belə nümunələrdən biri olaraq SSRİ-nin subyektlərindən biri olduğumuz, nominal dövlətçilik dövrü yaşadığımız zamanda, 50 il əvvəl indiki Bakı Dövlət Universitetinin 50 illiyində Azərbaycanın o zamankı siyasi rəhbəri Heydər Əliyevin çıxışı xüsusi diqqət çəkir. Bu nitqin əsas diqqətçəkici məqamı ondan ibarət oldu ki, birmənalı olaraq SSRİ-nin tərkibində olan respublikalar üçün normaya çevrilmiş ənənə pozulurdu: Azərbaycanın yeni və parlaq şəxsi keyfiyyətləri ilə seçilən Heydər Əliyev respublika ziyalılarının qarşısındakı mötəbər tədbirində Azərbaycan dilində çıxış edirdi. Əlbəttə, bu gün xüsusi vurğulanan həmin məqam 50 il əvvəl açıq səmada şimşəyin çaxması kimi bir şey idi: bu onu göstərirdi ki, tabuları yaradan normalar dağıla da bilərmiş və belə bir cəsarəti ancaq Heydər Əliyev edə bilərdi. Nitqdə ikinci və ən başlıca cəhət isə ondan ibarət idi ki, söhbət Azərbaycanın dövlət müstəqilliyi dövrünün ən gözəl tarixlərindən birinin- ali elm məbədininin qurulmasının bayram edilməsindən gedirdi. Heydər Əliyevə xas olan qətiyyətli səslə səslənən həmin nitqdə tarixi keçmişə ehtiram notları səsləndirilirdi:“Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.Ġ.Razumovski, Tağı Şahbazi, İ.Ş.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.ġahtaxtinski, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan, Dövlət Universitetinin veteranları, elmi hünər estafetini universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim, iclasımıza toplaşmışlar. İzin verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibəti ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım”.
Natiqlik sənətinin unikal nümunələrindən sayılan nitqində Heydər Əliyev salonda əyləşənlərə üzünü tutaraq, əslində Cümhuriyyətin xoş məqamlarını, xalqın azadlıq və istiqlal duyğularını yaşayan, öz keçmişi ilə qürur duyan millətinə onun gücünün qaynaqlarını göstərirdi. Onun məzmunlu, aydın, yığcam, təsirli nitqində bir xalqın keçdiyi və keçməli olduğu yollarda məşəl yandırmış insanlar ehtiramla xatırlanır və qarşıdakı uzun, dolanbac yollardan adlayacaq insanlar üçün inam formalaşdırılırdı: “Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidətdinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.
Ümummilli liderin Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqi Azərbaycan dilinin imkanlarını ortaya qoymaqla bərabər, tarixi keçmiş qarşısında məsuliyyət hissinin ifadəsi kimi də cəlbedicidir. Hər bir məsuliyyət hissinin insan qarşısında qoyduğu vəzifələrdən danışan ulu Öndər həmin vəzifələrin heç də asan olmadığını və həmin “asan olmayan vəzifələrin” həyata keçirilməsi üçün yeganə yolun elmdən keçdiyini yada salırdı.
Heydər Əliyev Azərbaycan xalqının ən böyük nemətini, xalqının dilini sevir və onun qorunmasının, inkişafının qayğısına qalırdı. Onun “Millətin milliliyini qoruyub saxlayan onun dilidir”- ifadəsi, əslində, müasirlərinə və onlardan sonra gələn nəsillərə dil konsepsiyasının nə qədər vacib olduğunu çatdıran proqramın qayəsidir. Bu gün də minnətdarlıq hissi ilə yada salırıq ki, ümummilli lider Azərbaycanda sovet hakimiyyəti illərində həmin qayənin qorunub saxlanılması işinə hansı töhvələr vermişdir. Həmin töhvələrin spektri müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda daha aydın göründü. 19915-ci ildə Konstitusiyamızın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən ictimai müzakirələrə onun nə qədər həssaslıqla yanaşması da çoxlarının yadındadır. O müzakirələr zamanı prezident Heydər Əliyevin xalqımızın türk xalqları ilə birgə tarixinə ehtiramını ifadə edərək Azərbaycan dilinin özəllikləri və həmin özəlliklərin qorunub inkişaf etdirilməsi zərurətinə nə qədər əhəmiyyət verdiyi də unudulmayıb. Həmin zərurətin nəticəsi olaraq dövlət dili ilə bağlı çox mühüm sənədlər tarixi fakta çevrildi.2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla bütün dövlət və qeyri-hökumət təşkilatlarında, o vaxta qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar etdi və latın qrafikasına keçid prosesi başa çatdırıldı.
2001-ci ilin avqustunda prezident Heydər Əliyevin Fərmanı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi, nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Bütün bunlar əsası Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamı kimi hər bir azərbaycanlıda minnətdarlıq hissi yaradan əməllərdir.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
15.05.2019
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır
14.05.2019
Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
14.05.2019
Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info