Ağsu, İsmayıllı və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi
Tarix: 07.05.2019 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Dağıntıya məruz qalan evlərin 80-90 faizi fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlərdir



Bu il fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair üç aylıq hesabat brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsmayıllıda təşkil olunan brifinqdə hər üç rayonun icra hakimiyyətlərinin başçıları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Brifinqdə Fövqəladə Hallar Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
Bildirilib ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 ev qəzalı vəziyyətə düşüb, yüzlərlə evə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb. Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirib. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini verib. Təbii fəlakətdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası yerlərdə vətəndaşlar tərəfindən evlərinin qəzalı vəziyyətə düşməsi ilə bağlı edilən müraciətlərin araşdırılmasına başlayıb.
Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər.
Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılmış komissiyaya 66 yaşayış məntəqəsindən 1272 müraciət daxil olub və həmin evlərə baxış keçirilib. Onlardan 344 ev qənaətbəxş hesab olunub, 455 evdə təmirə, 344 evdə bərpaya ehtiyac duyulduğu barədə qərar verilib. 114 evin isə qəzalı olduğu müəyyənləşib. Hazırda qəzalı evlərdən 76-nın tikintisi aparılır. Bundan başqa, yerlərdə sosial obyektlərə də baxış keçirilib, 1 məktəb binasının, 1 uşaq bağçasının və 2 inzibati binanın da qəzalı olması müəyyənləşib. Hazırda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qəzalı vəziyyətdə olan Keyvəndi və Diyallı kənd tibb məntəqələrinin tikintisinə başlanılıb. Eyni zamanda, 320 şagird yerlik Gəraybəyli tam orta məktəbinin, 40 şagird yerlik Kələzeyvə ibtidai məktəbinin, 40 yerlik Quşencə uşaq bağçasının tikintisi nəzərdə tutulub. Təbii fəlakətlə bağlı rayon üzrə vətəndaşlardan, ümumilikdə, 2460 evlə bağlı müraciətin ünvanlandığını deyən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə qeyd edib ki, müraciətlərin araşdırılması nəticəsində 350 ev qəzalı sayılıb, 435 evin bərpaya, 1601 evin təmirə ehtiyacı olduğu müəyyənləşib. 74 evin vəziyyəti qənaətbəxş olub. Hazırda rayonda 162 evdə tikinti işləri aparılır.
Zəlzələ nəticəsində rayonda ziyan dəymiş 10 sosial obyektə baxış keçirilib, onlardan 8-nin qəzalı, 2-nin isə bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bico və Ərəbuşağı kənd tibb məntəqələrinin, Arakənd kənd orta məktəbinin və Pirhəsənli kənd körpələr evi-uşaq bağçasının yenidən tikilməsi nəzərdə tutulur. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da üç ayda görülən işlər barədə məlumat verərək bildirib ki, təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 5584 evə baxış keçirilib. Bu evlərdən 284-ü qəzalı hesab edilib və artıq onlardan 3-nün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən 1274 evin bərpaya, 2212 evin təmirə ehtiyacı olduğu bildirilib, 1814 evin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda 112 evdə tikinti işləri aparılır. Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektin tikintisi nəzərdə tutulub.
Hər üç rayonun icra hakimiyyətlərinin başçıları dağıntıya məruz qalan evlərin 80-90 faizinin fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlər olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda tikintisi aparılan evlər bütün texniki parametrlərə cavab verir. Qəzalı kimi qeydə alınan bütün evlərin inşası, bərpası həyata keçiriləcək. Bu işlərin ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, bəzi hallarda məhz zəlzələ zamanı qəzalı hala düşən evlərlə bağlı olmayan müraciətlər də komissiyalara daxil olur. Həmin müraciətlərin araşdırılması isə bilavasitə zəlzələdən zərərçəkənlərin müraciətlərinin baxılmasının ləngiməsinə səbəb olur. Brifinqdə, həmçinin bölgədə olan tarixi-mədəniyyət abidələrinin təbii fəlakətdən zərər görmədiyi diqqətə çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info