RF XİN: “Azərbaycan Rusiya ilə həmrəy mövqe tutur”
Tarix: 07.05.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” növbəti məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda neonasizmin praktiki təzahürlərinin olmaması bəyan edilir. Sənəddə deyilir: “Azərbaycan Respublikası nasizm üzərində qələbədə sovet xalqının rolu barədə tarixi yaddaşın qorunub saxlanması, İkinci Dünya müharibəsi tarixini saxtalaşdırmaq və nasizmi qəhrəmanlıq kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə məsələlərində Rusiya Federasiyası ilə həmrəy mövqe tutur. 2018-ci ildə Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növlərinə qarşı mübarizə” adlı qətnaməsinin lehinə səs verib”. Məruzədə qeyd edilir ki, Azərbaycan rəhbərliyi öz ölkəsini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerantlıq şəraitində yaşadığı dövlət kimi təqdim edir. RF XİN-in məruzəsində deyilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə milli, irqi, dini nifrət əsasında cinayət törədilməsi cəza təyin edilərkən ağırlaşdırıcı hal hesab edilir. Cinayət Məcəlləsində hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməyə (Maddə 103); siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi mənsubiyyətə görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etməyə (Maddə 109); hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə törədilən hərəkətlərə (Maddə 111); irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olaraq şəxsin bərabərlik hüququnu pozmağa (Maddə 154); milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə (Maddə 283) görə cəza nəzərdə tutulan maddələr də var”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info