Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı
Tarix: 07.05.2019 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: "Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bildirilir ki, mərhum Emin Hüseynov “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilib”.
Emin Hüseynov məzuniyyət hüququndan istifadə edərək ona 2017-ci il 1 avqust tarixli əmrlə 30 gün müddətinə əmək məzuniyyəti verilib, məzuniyyətdə olarkən vəfat etməsi ilə əlaqədar olaraq 2017-ci il 26 sentyabr tarixli əmrlə qanunvericiliyin tələbinə əsasən barəsində dövlət qulluğuna xitam verilib.
E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd edilib. Tapşrıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməyib. Buna baxmayaraq, Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasında başlanmış cinayət işinin istintaqına milli və beynəlxalq hüquq çərçivəsində hərtərəfli kömək göstərilib. Belə ki, istintaq üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası vətəndaşlarının dindirilməsi, habelə E.Hüseynovun istifadəsində olmuş mobil telefondan aparılmış danışıqların verilməsi barədə qonşu dövlətin aidiyyəti qurumundan daxil olmuş əlavə vəsatət tam şəkildə icra olunaraq əldə edilmiş məlumatlar aidiyyəti üzrə təqdim edilib. Eyni zamanda, sorğu edən dövlətə müraciətlər və xatırlatma məktubları göndərilərək istintaqın konkret nəticəyə gələ bilmədiyi təqdirdə təkrar araşdırma aparılması və nəticəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.
Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanıb. Həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilib.
Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmayıb, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib.
Qeyd edilənlərlə əlaqədar olaraq, 2019-cu il aprelin 3-də Bəybala Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunaraq dinlənilib, ona hüquq və vəzifələri ətraflı izah edilib.
Hazırda Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak edilməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.
Baş Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatlar dərc edilməzdən əvvəl informasiyanın düzgünlüyü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilsin.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info