Giorgi Tatuaşvili: Heydər Əliyev dünyada çox böyük nüfuza malik tarixi şəxsiyyətdir
Tarix: 07.05.2019 | Saat: 22:53:00 | E-mail | Çapa göndər



Bu gün tək-tək şəxsiyyətlər var ki, onlar haqqında ürəklə danışa bilirsən. Azərbaycan xalqının ümummilli lideri, bizim də yaxın dostumuz olmuş Heydər Əliyev belə şəxsiyyətlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Gürcüstanın Dmanisi Rayonu İcra Hakimiyyətinin başçısı Giorgi Tatuaşvili söyləyib. O deyib: “Hər birimizə yaxşı məlumdur ki, Heydər Əliyev Cənubi Qafqazda çox böyük nüfuza malik tarixi şəxsiyyət olub. O dünyada tanınan, hörmətlə anılan siyasi xadim olub. Belə şəxsiyyət hər zaman hörmətə layiqdir”.
Ölkələrimiz arasında dostluğun çox qədim tarixi olduğunu deyən G.Tatuaşvili vurğulayıb ki, müasir Azərbaycan-Gürcüstan münasibətlərinin əsasında Heydər Əliyev şəxsiyyəti dayanır. Heydər Əliyev və Eduard Şevardnadzenin həyata keçirdikləri siyasət nəticəsində bizim dostluğumuz yeni mərhələdə inkişaf edib, möhkəmlənib.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edir. Gürcüstanda da Heydər Əliyevin doğum günü hər il geniş qeyd olunur. Bu da gürcü xalqının Heydər Əliyevə olan sevgi və hörmətindən irəli gəlir.
“Bu inam, sevgi və hörmət dostluğumuzu daha da möhkəmləndirir. Bu gün inamla deyə bilərik ki, bizim dostluğumuzu heç kim və heç bir şey poza bilməyəcək”, - deyə G.Tatuaşvili vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info