Xaçmazda təşkil olunan sərgidə regionun turizm imkanları təqdim olunub
Tarix: 08.05.2019 | Saat: 10:46:00 | E-mail | Çapa göndər



Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Turizm və səyahətlər” sərgisində 30-a yaxın turizm şirkəti, otel və istehsalat sahələrinin stendləri təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
İki gün davam edən sərgidə regiona daxil olan rayonların görməli yerləri, turizm məkanları, yeni tikilmiş mədəniyyət müəssisələri, tarixi abidələri haqqında foto-stendlər nümayiş etdirilib, rayonların turizm xəritəsini özündə əks etdirən, həmçinin regionda fəaliyyət göstərən bir sıra otellərin bukletləri sərgilənib və gələn qonaqlara paylanılıb. Həmçinin sərgi zamanı yerli sənətkarların və məktəblilərin 150-dən çox əl işləri də nümayiş etdirilib.
Sərginin açılış mərasimində ölkəmizdə turizmə göstərilən dövlət dəstəyindən, son illərdə bu sahədə görülmüş işlərdən danışılıb, ziyarətçilərə regionun turizm potensialı barədə ətraflı məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
16.05.2019
Azərbaycan və Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər
15.05.2019
Çinli turistlər Azərbaycana böyük maraq göstərirlər
09.05.2019
Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
08.05.2019
Azərbaycanda kreditlə turizm səfərləri təşkil edən turizm şirkətlərinin sayı artırılacaq
04.05.2019
Azərbaycan ilə Acarıstan MR arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info