“Gənclər Kuboku:Aprel Zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçiriləcək
Tarix: 08.05.2019 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirilən idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Atletika idman növləri üzrə yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələləri olmaqla həyata keçirilir. Layihəyə ümumilikdə 3000-ə yaxın gənc müraciət edib və 1000-ə yaxın gənc layihədə iştirak hüququ qazanıb. 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb. Qaliblər final mərhələsinə yüksəliblər. Layihənin final və bağlanış mərasiminin Ağdam şəhərində həyata keçirilməsi planlaşdırılır.
“İrəli” İctimai Birliyinin “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub. Ağdam şəhərində layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə gedərək vətən keşiyində duran əsgərlərlə görüşü baş tutacaq. Hərbi hissədə əsgərlərlə görüşdükdən sonra layihənin bağlanış mərasiminin Ağdam rayon Mədəniyyət Evində baş tutması planlaşdırılır. Tədbirdə dövlət rəsmiləri, Aprel qazilərinin iştirakı nəzərdə tutulub. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaqlar.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.

Tural





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info