İran nüvə sazişinin iki maddəsinə əməl etməyəcəyini elan etdi: uran zənginləşdiriləcək
Tarix: 08.05.2019 | Saat: 14:06:00 | E-mail | Çapa göndər


Uranın zənginləşdirilməsi 300 kiloqramdan artıq olduğu halda həmin əlavə hissə başqa ölkəyə satılırdı. Ağırlaşdırılmış suyun miqdarı isə 130 tonu keçdikdə əlavə hissə başqa ölkəyə satılırdı. İran bu maddələrə əməl etməyəcək

“İran nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə “altılıq” dövlətləri ilə apardığı danışıqlar nəticəsində imzaladığı sazişdən çıxmayacaq. Lakin bu sazişin bəzi maddələrinə əməl etməyəcək”. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı deyib. Nazir qeyd edib ki, İran könüllü olaraq danışıqlara başlayıb və nüvə tədqiqatlarını dayandırıb. Bununla yanaşı, İran tədqiqatları davam etdirmək hüququnu özündə saxlayıb. Heç bir qüvvə İrana nüvə tədqiqatlarını davam etdirməsini qadağan edə bilməz. M.C.Zərif Avropa İttifaqının və dünya birliyinin ABŞ-ın təzyiqlərinə boyun əyməsindən və sazişi qoruyub saxlaya bilməməsindən təəssüf hissi keçirdiyini nəzərə çatdırıb. İranın Xarici İşlər Nazirliyinin açıqlamasında isə deyilir ki, bu həftə sazişi imzalayan dövlətlərin -Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransanın İrandakı səfirləri nazirliyə dəvət olunacaq və onlara bildiriləcək ki, rəsmi Tehran sazişin bir sıra maddələrinə bundan sonra əməl etməyəcək. Qeyd edək ki, burada söhbət sazişin 26 və 36-cı maddələrindən gedir. Anadolu Agentliyi bildirir ki, İran dövlət başçısı Ruhani də qarşı tərəfin sazişə əməl etməməsini əsas göstərərək iki maddəyə əməl etməyəcəklərini açıqlayıb. Həmin maddələrə əsasən uranın zənginləşdirilməsi 300 kiloqramdan artıq olduğu halda həmin əlavə hissə başqa ölkəyə satılırdı. Ağırlaşdırılmış suyun miqdarı isə 130 tonu keçdikdə əlavə hissə başqa ölkəyə satılırdı. İndi İran bu maddələrin qüvvədən düşdüyün bildirib. Bundan sonra artıq qalan zənginləşdirilmiş uran və ağırlaşdırılmış su başqa ölkələrə satılmayacaq. Bu qərarın 60 gün qüvvədə olacağı elan edilib. Ruhani bildirib ki, 60 gün ərzində nüvə sazişindəki tərəf ölkələrlə neft satışı və bank sektoru ilə bağlı razılıq əldə edilməsə, uranın 3,67 səviyyəsində zənginləşdirilməsi ilə bağı öhdəlikləri aradan qalmış olacaq. İran dövlət başçısı 60 gündən sonra Ağır Su Reaktorunda modernləşmə işinə başlayacaqların da sözlərinə əlavə edib. Bu arada ABŞ ordusunun İran ordusu və İranın dəstəklədiyi qüvvələrin Yaxın Şərqdəki əsgərlərinə hücuma hazırlaşdığını iddia edilir. "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu ilə bombardman vəzifə qrupunun Yaxın Şərqə göndərilməsilə əlaqədar suallara ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) və ABŞ Avropa Qüvvələri Komandanlığı (EUCOM) yazılı cavab verib. Hücum və vəzifə qruplarının bölgəyə göndərilməsinin CENTCOM komandanı Kenneth MaykKenzinin tələbinə görə ABŞ müdafiə naziri vəzivəsini əvəz edən Patrik Şanahanın razılığı ilə reallaşdığını bildirən CENTCOM sözçüsü polkovnik Bil Urban deyib ki, Mərkəzi Qüvvələr Komandanlığı son vaxtlarda İran və İranın dəstəklədiyi qüvvələrin bölgədəki ABŞ əsgərlərinə yönəldilmiş hücuma hazırlaşdığına dair açıq işarələr görməsinə görə hərbi qüvvə tələb edib. Təyyarə gəmisi qrupunun bölgəyə göndərilməsi sadəcə ABŞ əsgər və mənfəətlərini qorumaq məqsədi daşıyır. Urban “məlumat qaynaqlarını” və “məlumatların əldə edilmə metodlarını” amil kimi göstərərək İranın hücuma hazırlaşdığına dair detallarla əlaqədar məlumat verməkdən imtina edib. Urban bölgəyə göndərilən hərbi texnikanın tədbir məqsədli olduğunu sözlərinə əlavə edib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info