Ermənilər İrina Rodninanın adının məktəbdən götürülməsinə qərar veriblər
Tarix: 08.05.2019 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Ermənistanın paytaxtı Yerevanın Ağsaqqallar Şurasının qərarı ilə Rusiyanın məşhur idmançısı, fiqurlu konkisürmə üzrə dəfələrlə Olimpiya çempionu olmuş, Dövlət Dumasının deputatı İrina Rodninanın adını daşıyan məktəb bundan sonra sadəcə fiqurlu konkisürmə və xokkey məktəbi adlanacaq.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistan paytaxtı meriyasının mətbuat katibi A.Karapetyan məlumat verib.
Ermənilərin rusiyalı Olimpiya çempionuna qəzəbinin səbəbi onun Dövlət Dumasının digər deputatları ilə birlikdə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə iştirak etməsidir. İrina Rodninanın “Moskva-Bakı” portalında müsahibəsində erməniləri Xocalı soyqırımından ibrət dərsi götürməyə çağırması “əzabkeş xalqın” rəhbərlərində ciddi təşviş doğurmuşdu. Hətta Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Moskvada Rusiya Federasiya Şurasının plenar iclasındakı çıxışında bildirmişdi ki, Ermənistan-Rusiya parlamentlərarası komissiyasının üzvlərinin Bakıda keçirilən ümumxalq yürüşündə iştirakı ermənilərin “milli ləyaqətini” təhqir edib. Hələ mart ayında ermənilərin bu ittihamlarına cavab verən İrina Rodnina deyib ki, əslində, söhbət onun adını daşıyan məktəbdən yox, Rusiyanın pulu ilə tikilmiş buz meydançasından gedir. O əlavə edib ki, Bakıda da uşaq idmanını inkişaf etdirmək üçün səylər göstərəcək. Olimpiya çempionu vurğulayıb: “Onların (ermənilərin-AZƏRTAC) özləri bilər, mən əlimdən gələni etmişəm. Gəmini necə adlandırsan, o, elə də üzəcək”. İrina Rodninanın adını daşıyan məktəb 2015-ci ildə açılıb. Orada rusiyalı xokkey və fiqurlu konkisürmə ustaları məşqlər keçirlər.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info