Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib
Tarix: 08.05.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib. Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. O qeyd edib ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dinə dövlət qayğısından bəhs edən sədrin birinci müavini bu istiqamətdə görülən işlərin milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. S.Salahlı, eyni zamanda, dinlərin bərabərlik, insanpərvərlik və sülh ideyalarının cəmiyyətə, xüsusilə gənclərə təbliğ edilməsinin vacib məqam olduğunu söyləyib, o cümlədən dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə aşılanmasında dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü deyib. O, dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb. Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan bəri 940 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam təmayüllüdür.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info