“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçiriləcək
Tarix: 09.05.2019 | Saat: 03:20:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb.
Trend-in məlumatına görə, Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirilən idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Atletika idman növləri üzrə yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələləri olmaqla həyata keçirilir. Layihəyə ümumilikdə 3000-ə yaxın gənc müraciət edib və 1000-ə yaxın gənc layihədə iştirak hüququ qazanıb. 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb. Qaliblər final mərhələsinə yüksəliblər. Layihənin final və bağlanış mərasiminin Ağdam şəhərində həyata keçirilməsi planlaşdırılır.
“İrəli” İctimai Birliyinin “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub. Ağdam şəhərində layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə gedərək vətən keşiyində duran əsgərlərlə görüşü baş tutacaq. Hərbi hissədə əsgərlərlə görüşdükdən sonra layihənin bağlanış mərasiminin Ağdam rayon Mədəniyyət Evində baş tutması planlaşdırılır. Tədbirdə dövlət rəsmiləri, Aprel qazilərinin iştirakı nəzərdə tutulub. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaqlar.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info