Müharibə veteranlarına avtomobillər təqdim olunub
Tarix: 09.05.2019 | Saat: 18:35:00 | E-mail | Çapa göndər



Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda möhkəm dövlətçilik mövcuddur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçilik olan yerdə isə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. Bu gün ölkəmizdə inkişaf və sabitlik vardır. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.
“Bu gün ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçıları, Azərbaycan Vətən müharibəsi veteranları, xidməti vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslər və digər sosial himayəyə ehtiyacı olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Onlara avtomobillər və mənzillər verilir, müalicəyə göndərilir, təqaüdləri artırılır. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir”, - deyən Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə avtomobil təqdim olunanlara təşəkkür edib.
Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.
Avtomobillərlə təmin olunanlar göstərilən qayğıya görə minnətdarlıq ediblər. Onlar bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib, bundan sonra da Heydər Əliyev siyasi xəttinə sadiq qalacaqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info