Azərbaycan ilə Gürcüstan dünyada tolerantlıq nümunəsidir
Tarix: 10.05.2019 | Saat: 06:40:00 | E-mail | Çapa göndər



Azərbaycan ilə Gürcüstan dünyada tolerantlıq nümunəsidir. Bu gün bu iki ölkənin ərazisində olan məscid, kilsə və sinaqoqların dövlət tərəfindən təmir və bərpa olması buna əyani sübutdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə səslənib.
Gürcüstan parlamentinin deputatı Quram Maçeriasvili tədbirdə çıxış edərək iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb, bu cür tədbirlərin əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq barədə məlumat verib. Ulu öndər Heydər Əliyevin milli, mənəvi dəyərlərə verdiyi qiyməti diqqətə çatdırıb. Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Laqodexi rayon sakrebulunun sədri Kaxa Camburiya çıxışında qeyd edib ki, Gürcüstan dövləti və gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmur. Onun əziz xatirəsi gürcü xalqının xatirəsində daim yaşayacaq.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıb.
Diplomat bildirib ki, Ümummilli Liderimizin gürcü xalqına böyük sevgisi olub. 2006-2007-ci illərdə Azərbaycanda da təbii qaz probleminin, elektrik enerjisi ilə bağlı çətinliklərin olmasına baxmayaraq, Gürcüstana yardım etməsi bunu sübut edir.
Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov çıxışında Ulu Öndərin milli mənəvi dəyərlərə verdiyi qiymətdən danışıb.
Bildirib ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda bir ziyarətgah, 17 məscid fəaliyyət göstərirdi. Bu gün isə məscidlərimizin sayı iki mindən çoxdur. Bu gün Gürcüstanda da məscid, kilsə və sinaqoqların sayı çoxdur. Hər iki ölkədə dövlət dini icmalara maliyyə yardımı göstərir, dini ibadətgahları təmir etdirir. Bu deyilənlər Azərbaycan və Gürcüstanın necə tolerant ölkələr olduğunu göstərir.
Sonra Laqodexi rayonunun meri Conda Mdivinişvili, MDTF-nin icraçı direktorunun müavini Ceyhun Əliyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov və başqaları çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğulayıblar.
Çıxışlarda Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində həyata keçirilən enerji və nəqliyyat layihələrinin xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynadığı xüsusi qeyd edilib.
Tədbirdən sonra iftar süfrəsi açılıb, ehsan verilib.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info