İsveçrə saytında ümummilli lider Heydər Əliyevə həsr olunan məqalə verilib
Tarix: 10.05.2019 | Saat: 10:43:00 | E-mail | Çapa göndər



İsveçrənin www.zeitung.ch internet portalında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salınır, onun Azərbaycanın dövlətçilik tarixində tutduğu önəmli yerdən bəhs olunur. Qeyd edilir ki, 1969-cu ildə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçilən Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sürətli iqtisadi-sosial tərəqqi əldə olundu, 1982-ci ildə isə Heydər Əliyev Sovet İttifaqında ən yüksək siyasi vəzifələrdən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçildi. Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyünə seçildi. Siyasi Büronun rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı siyasətindən narazı olan Heydər Əliyev 1987-ci ilin oktyabr ayında vəzifəsindən istefa verdi.
Məqalədə, həmçinin vurğulanır ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı da Heydər Əliyev haqq səsini ucaldaraq, cinayət əməlini pisləyən çıxış etdi və sovet rəhbərliyindən dinc əhaliyə qarşı törədilmiş bu cinayətin təşkilatçı və iştirakçılarını cəzalandırmağı tələb etdi. 1991-ci ildə sovet hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətinə etiraz olaraq Kommunist Partiyasından istefa verən Ulu Öndər 1992-ci ildə yeni təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bundan sonra həyatını müstəqil Azərbaycanın inkişafına bağlayan Heydər Əliyev prezidentliyi dövründə respublikamızın müasir inkişafı üçün mühüm addımlar atdı, ölkənin regionda lider dövlətə çevrilməsi üçün uzaqgörən siyasət sayəsində ciddi uğurlar əldə olundu.
Məqalədə Ulu Öndərin siyasi həyatının bütün mühüm mərhələləri əks olunub.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info