Pedaqoji təcrübənin tələbələrin müəllim kimi formalaşmasına səmərəli təsiri
Tarix: 10.05.2019 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Zülfiyyə Vəliyeva
ADPU-nunTəcrübə Komissiyasının üzvü, İbtidai təhsil fakültəsinin pedaqoji təcrübə üzrə rəhbəri, Əməkdar müəllim

Peşəkarlıqla səriştəliliyin müəllimdə cəmləşməsi onun pedaqoji ustalığının və müəllim novatorluğunun əsas əlamətləri kimi qeyd olunur. Təsadüfi deyil ki, 2013-cü ildəqəbul edilən, 2020-ci ilədək uzun bir dövrü nəzərdə tutanAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bu məsələ dönə-dönə vurğulanır və buna böyük əhəmiyyət verilir.Strategiyada deyilir: “Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. .Peşəkarlıq və səriştəlilik müəllimin fəaliyyət strukturunun əsasını təşkil edir. Respublikamızın təhsil siyasətində əsas yerlərdən birini tutan bu problem müəllim hazırlığında və müəllimin peşəkar fəaliyyətində diqqət yetirilən məsələlərdən biridir.Son illər müəllimlərin peşəkarlığı və səriştəliliyi tez-tez gündəmə gətirilir. Bu keyfiyyətlərin tərbiyə olunması pedaqoji fəaliyyətin səmərəliliyini, şəxsiyyətyönümlülüyünü və nəticə-yönümlülüyünü təmin edən amillərdən biri və birincisi kimi aktuallıq kəsb edir. Müəllimin peşəkar olması, səriştəliliyi müəllim peşəsini daha nüfuzlu, müəllim əməyini daha maraqlı, daha məzmunlu və daha səmərəli edir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləş¬dirilməsini, təhsilin məzmunun səmərəli mənimsənilməsini, innovativ təlim metodlarının həyata keçirilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, strateji bir istiqamət kimi dəyərləndirilir. Pedaqoji ali təhsil sisteminin inkişafının müasir mərhələsi, elmi naliyyətlərin vacib nəticələrini özündə əks et¬¬¬dirən, yeni təhsil standartlarının işlənilməsi və tətbiqi ilə xa¬rak¬terizə olunur. Heç şübhəsiz, bu halda təhsilin fundamen¬tal¬lığının saxlanılması ən vacib məsələ kimi nəzərə alınır. Qeyd et¬mək lazımdır ki, hazırda tələb olunan informasiyanın öyrə¬nən¬lər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan prob¬lemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzə¬rə alınması tələb olunur.Təhsil cəmiyyətin çox mühüm tərkib elementidir . XXI əsrin əvvəllərində Azərbaycan dövlətinin müəyyən etdiyi yeni inkişaf yolu təhsilin yeniləşməsi və müasirləşməsinə olan ehtiyacları bir daha aktuallaşdırdı. Müasir yanaşmalara görə, təhsil müəssisələri elə bir pedaqoji sistem qurmalıdır ki, şəxsiyyətin inkişafı, meyl, maraq və qabiliyyətinin formalaşması, həmçinin onların mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin və bu prosesi səmərəli idarə edə bilsin.Təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. Müəllimin peşəkarlıq və səriştəlilik səviyyəsinin artması onun pedaqoji fəaliyyəti ilə birbaşa bağlı olan bir prosesdir. Bu hər şeydən əvvəl pedqoji fəaliyyətin özünün daim yeniliklərə tələbatının olması ilə bağlıdır. BMT XXI əsri “təhsil əsri” elan etmiş və yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu danılmazdır. Təhsilin keyfiyyətinin ölçülməsində mütəxəssislərin hazırlanması həmişə böyuk əhəmiyyət kəsb etmişdir. Müasir yanaşmalara görə təhsil müəssi¬sələrində elə bir pedoqoji sistemi olmalıdır ki, səxsiyyətin inkişafı, meyl, maraq və qabiliyyətlərin formalaşması, həm¬çinin, onun mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üşün maksimum şərait yarada bilsin. Azərbaycan Respublikasında müəllim hazırlığının müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması və bu hazırlığın müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir, kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqojipsixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara yiyələnməsi həyati təlabata çevrilir. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər.Pedaqoji təcrübə praktik müəllim hazırlığında geniş imkanlara malik olduğundan nəzəriyyənin təcrübədə sınaqdan keçirilməsi və mənimsənilən nəzəri biliklərin praktikaya tətbiq edilməsi üçün də əlverişli məqamdır. Nəzərə alsaq ki, buna qədər tələbələr yalnız nəzəri biliklər almışlar və bu gün onlardan səriştəlilik və peşəkarlıq tələb olunur, onda pedaqoji təcrübənin tələbələrin praktik hazırlıqları üçün nə dərəcədə əhəmiyyətli olduğunu aydın görmək olar. Pedaqoji təcrübə tələbələrin aldıqları nəzəri biliklərin təcrübəyə tətbiqinin ilk sınaq meydanıdır. Nəzəri biliklər ilk dəfə məhz pedaqoji təcrübə dövründə təcrübəyətətbiq olunur və onunla qarşılıqlı şəkildə əlaqələnir. İxtisas fənlərindən, pedaqogikadan, psixologiydan alınan nəzəri biliklər bilavasitə təcrübəyə tətbiq olunur və nəzəriyyə ilə təcrübənin sintezi baş verir. Bu zaman belə bir hal özünü göstərir ki, tələbələr audiutoriyalarda aldıqları nəzəri bilikləri təcrübəyə tətbiq edərkən biliklərində olan kəsirləri özləri görür, onları aradan qaldırmaq üçün özünütəhsil və özünütəkmilləşdirmə işlərilə məşğul olurlar ki, bu da onların ixtisas və peşə biliklərinin zənginləşdirilməsinə səbəb olur. Pedaqoji təcrübənin nəzəriyyə ilə təcrübəni əlaqələndir, təcrübənin aparıldığı qısa müddət ərzində tələbələrdə bir sıra peşə keyfiyyətlərin praktik şəkildə yaranmasına və inkişafına da səbəb olur. Bunlar müəllimə xas olan, onun peşə fəaliyyətini xarakterizə edən keyfiyyətlər kimi onun şəxsiyyətində mühüm yer tutur. Təşkilatçılıq, kommunikativlik, didaktik, perseptiv və digər bacarıqlar məhz pedaqoji təcrübə zamanı praktik şəkildə özünü göstərir və reallaşa bilir. Beləliklə, pedaqoji təcrübə dövründə tələbələrnəzəriyyə ilə təcrübəni əlaqələndirə bilir, böyüməkdə olan nəslin təhsil və tərbiyəvəzifəsini həlletmək üçün təlim-tərbiyə prosesini tam və vəhdət halında həyata keçirməyə nail olurlar. Pedaqoji təcrübə dövründə tələbələrin fəal fəaliyyətə qoşulması, onların müəllimlik işinin incəliklərini öyrənmə maraqlarını daha da artırır və pedaqoji peşəyə bələdləşmələrinə, adaptasiya olunmalarına bilavasitə yaxından təsir edir.
Ali pedaqoji təhsil müəssisələrində pedaqoji təcrübənin düzgün təşkili,aparılmasıvə ona ayrılan vaxtdan səmərəli istifadə edilməsi tələbələrin gələcək müəllim kimi formalaşmalarında çox mühüm yer tutur. Onlar məhz bu zaman müəllimin hansı vəzifə daşıdığını, üzərlərinə necə bir məsuliyyət düşdüyünü əyani surətdə dərk edir və ilk sınaq onlarda bu məsuliyyətin daha da artmasına səbəb olur.Pedaqoji kadr hazırlığının ən vacib sahələrindən biri pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilir. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb olur. Pedaqoji təcrübə kadrları bir mütəxəssis kimi tam formalaşdırır. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir. Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir.
Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. 2018-2019-cu tədris ilində ADPU-nun rektoru, professor Cəfər Cəfərov 18.02.2019-cu il tarixli 3/35 nömrəli əmri ilə Universitetin pedaqoji təcrübə keçəcək 3822 nəfər tələbəsidən, 2463 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrdir. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçəcək. ADPU-nun filiallarının 799 nəfər tələbəsi, Davamlı təhsil və təlim şöbəsinin 163 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri pedaqoji təcrübənin ikinci mərhələsinə başlayırlar. ADPK-də pedaqoji təcrübə 20 həftə müddətində, II mərhələdə keçirilir, birinci hissəsi keçirilib. Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi özəl müəssələrlə razılıq əldə edilib, üçtərəfli müqavilələr bağlanıb. Bir neçə ikitərəfli müqavilələrin tərtibi ilə əlaqədar işlər başa çatdırılıb. Universitetimizin tələbələri Təhsil Nazirliyinin 7 tam orta məktəbində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 79 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 uşaq bağçasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 müəssisəsində və 2 özəl müəssisədə təcrübə keçirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) pedaqoji təcrübənin təşkili və keçirilməsi üçün Təcrübə Komissiyası fəaliyyət göstərir.Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev, direktor müavini dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyasının üzvləri, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar , pedaqoji təcrübə rəhbərlərinə vaxtaşırı görüşərəkmetodikitövsiyələr verirvəəməliköməklikgöstərirlər.Ümumi pedaqogika kafedrasında "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" metodik vəsait pedaqoji təcrübə zamanı gündəlik tərtib etmək üçün təcrübəçi tələbələrə metodik kömək göstərmək məqsədilə hazırlanıb. Tələbələrin pedaqoji təcrübədə olduqları məktəbdə təlim və tədris fəaliyyətinə nəzarət, əldə edilən nəticələrin qeydiyyatının aparılmasına dair sənəd təcrübəçi tələbələrin fəaliyyətinin pedaqoji təcrübə rəhbəri, təcrübə başa çatdıqdan sonra isə universitet rəhbərliyi tərəfindən qiymətləndirilməsi üçün əsas sənəddir. Vəsait həm də 14 həftəlik (70 gün) pedaqoji təcrübə müddətində təcrübəçi tələbənin yazdığı fərdi planında nəzərdə tutulan işlərin yerinə yetirilməsində başlıca sənəddir. Pedaqoji təcrübə rəhbərləri fəaliyyətlərini bu sənədin tələblərinə əsasən qurulmuşdur.Müəllimtəhsil prosesinin istiqamətləndiricisi və koordinatoru rolu oynayır. “Öyrənənə hörmətlə yanaşmaq, Öyrədənin əsas göstəricisi olmalıdır” devizi altında çalışan müəllimlərimiz təcrübəci tələbərin elmlərin əsasını dərindən öyrənməyə və aldıqları bilikləri həyatda tətbiq etməsinə yardım edirlər. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyasını, tədris prosesini bilavasitə reallaşdıran müəllimin yaradıcı əməyindən, peşəkarlıq səviyyəsindən və peşəsini ürəkdən sevməsindən çox aslıdır. Müəllimin yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirakı onun yaradıcı əməyinin keyfiyyətinin aşkarlanmasında mühüm rol oynayır. Müəllim yalnız bilik vermir, eyni zamanda öyrənənlərin təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə səbəb olur, idrak fəaliyyətinə təsir edir. Təcrübə göstərir ki, təhsil və inkişaf sahəsində müəllim amili özünün əhəmiyyətinə və misiyasına görə bu gün də, gələcəkdə də aktual olaraq qalacaqdır. XXI əsrdə pedaqoji, psixoloji, fəlsəfi və metodik yanaşmaların əsasını “Təhsil alanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir. İndiki şərait tələb edir ki, insan özünü tez-tez refleksiya etsin, imkanlarını müəyyənləşdirsin, yeniliyi anlamağa çalışsın, kommunikativ əlaqələr qursun. Deməli, XXI əsrin təhsil sistemi kifayət dərəcədə yenilikçi xarakterli, cevik və yaradıcı keyfiyyətlərə malik olmağı tələb edir.Müəllimin peşəkar fəaliyyətinin peşəkarlıqla bağ¬lı düşüncəsində öyrədən-öyrənən qarşılıqlı münasibətlərinin formalaşmasında müəyyən texnikanın üstünlük təşkil etməsi hazırda da öz mövcudluğunu saxlamışdır.Mmüəllim amili təhsilalanın biliklərə yiyələnməsində və inkişafında həlledici rol oynayır.Pedaqoji yönümlü ali təhsil müəssisələrində müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrıl¬¬¬ma¬¬dan peşəkarlıqsəviyyəsinin artırlması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi gücləndirilməli və müəllimin peşəkar fəaliyyətinin inkişafına müsbət təsir göstərən faktorlara üstünlük verilməlidir. Təhsilin forma və məzmun yenilikləri onun vəzifələrini daha da genişləndirməkdədir.İbtidai təhsil daxili potensial baxmından təhsil siste¬minin ən önəmli mərhələlərindən biridir. Azərbaycanda ibtidai təhsil müddəti 4 ii təşkil edir. Bu 4 il ərzində şagirdlərə öyrədilməli olan fənlər, reallaşdırılması nəzərdə tutulan standartlar, mənimsənilməsi və tətbiq olun¬ması planlaşdırılan məzmun, həyati bacarıqlar ümumiləşdirilir. Şagirdlərin yaş və fərdi səviyyəsinə uyğun bilk və bacarıqlar müəyyənləşdirilir. İbtidai sinif müəllimi tərəfindən 4 il ərzində şagirdlərə bilik, bacarıqlar mənimsədilir və onlar təhsilin növbəti səviyyəsi üçün hazırlanırlar. Bakalavriat səviyyəsində təhsil alan tələbələrdən 361 nəfəri ADPU-nun İbtidai təhsil fakültəsinin əyani və qiyabi şöbəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV, V, VI və VII tədris ilinin tələbələrinin pedaqoji təcrübə keçrilməsi ilə əlaqədar, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası (kafedra müdiri dos.Y.Rzayeva ) tərəfindən qrublar üzrə rəhbərlər və metodistlər müəyyənləşdirilmiş, Ana dili, Riyaziyya, Həyat bilgisi,Texnalogiya, Fiziki tərbiyyə, Təsviri İncəsənət və Musiqi fənnləri üzrə metodistə rtəyin olunmuşıar. 361 nəfər tələbə Bakışəhərinin 8,19,42,45,83,93,111,132,157,202,212,266,AMK tərkibində İncəsənət Gimnaziyasında pedaqoq, psixoloq və metodistlərin iştirakı ilə pedaqoji təcrübə keçirlər. İbtidaiİbtidai təhsil fakültəsin dekanı Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov pedaqoji təcrübənin keçirilməsin daim diqqətdə saxlayır. Təcrübəçi tələbələr öyrənmə bacarıqlarını, məzmun vasitələrini və təşkilati ideyaları inkişaf etdirlər.Tələbələr acıq dərslər verir, tədbirlər keçirirlər. Mart ayının 12-də 202 nömrəli məktəbdə pedaqoji təcrübə keçən 403 -cü qrupun tələbəsi Aytac Rəhimli və Ayşən Məmmədli (pedaqoji rəhbər Təranı Tağıyeva) 2-ci a sinif şagirdləri ilə "Novruz şənliyi" adlı maraqlı tədbir keçirmışlər.Tədbirdə məktəbin rəhbəri Arzu Əhmədova, İbtidai təhsil fakültəsin dekanı Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov,dekan müavini Afət Həsənova , məktəbin ibtidai sinif müəlimləri,şagird və valideynlər iştirak etmişlər. İbtidai təhsil fakültəsinin qiyabi şöbəsinin “İbtidai sinif müəllimliyi”ixtisası üzrə IV, V, VI və VII tədris ilinin tələbələrinin pedaqoji təcrübəsi 18 fevral 2019-cu ildən 19 aprel 2019-cu il tarixinə kimi (8 həftəlik) 8,45,132-134 nömrəli məktəblərində7 nəfər tələbənin pedaqoq, psixoloq və metodistlərin iştirakı ilə pedaqoji təcrübə keçrilmişdir. 132-134 nömrəli məktəbdə 409 -cu qrup ( pedaqoji rəhbər dos.Novruzova Gülşən Fəxrəddin qızı) bir nəfər- Həsənova Telli Oruc qızı, 45 nömrəli məktəb 501-ci qrup (qiyabi:-pedaqoji təcrübə rəhbəri dos.Əliyeva Təranə Səttar qızı) üç nəfər-Əliyeva Samirə Nurəddin qızı, Hüseynova Gülümzər İlham qızı, Gülnar Salam qızı 8 nömrəli məktəb 410-cu qrup (rus bölməsi :-müəllim Məmmədova İranə Oqtay qızı) üç nəfər Bünyatova Solmaz Zeynal qızı, Abdullayeva Pərvin Arzu qızı, Tağızadə Aygün Cahangir qızı 8 həftəlik pedaqoji təcrübə keçmişlər.Pedaqoji təcrübənin yekunu ilə bağlı 19 aprel 2019-cu iı tarixində İbtidai təhsil fakültəsində konfrans keçrilmışdır.Konfransda pedaqoqlar dos. Təranə Əliyeva, dos, Gülşən Novruzova, müəllim İranə Məmmədonın rəhbərləri olduqları tələbələr haqqında hesabatları dinlənilmişdir. Faküıtə üzrə pedaqoji təcrübə üzrə rəhbəri Əməkdar müəllim Zulfiyyə Vəliyeva təcrübəçi tələbələrin hazırladıqları materiaları və onların yekun ballar haqqında məlumatları təqdim etmişdir. İbtidai təhsil fakültəsinin dekanı Əməkdar Elm xadimi,professor Fərrux Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası müdiri dos.Y.Rzayeva, dekan müavini fəlsəfə üzrə elmlər doktoru Afət Həsənova tələbələri təbrik edərək, onlara seçdikləri peşədə uğurlar arzu etmişlər.Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli, həm də çətin bir işdir. Buna nail olmaq təkcə “bu peşə üçün doğulanlar”, müəllimliyə müəyyən mənada fitri qabiliyyəti, istedadı olanlara nəsib olmur. Daha çoxöz peşəsinin zirvəsinə yüksəlmək üçün inadla çalışan, daim axtarışda olan, yeniliklər axtara-axtara özü də yenilikçi olan, yeni pedaqoji təfəkkürəyiyələnən müəllimlər belə bir adın sahibi ola bilirlər. Bu ad onları ucaltdığı kimi, onlar da müəllim adını müqəddəs tutur, onun nüfuzunu yüksəldir və ona maraq və məhəbbəti artırır.Pedaqoji təcrübə tələbələrin müəllim kimi formalaşmasına , onların pedaqoji dəyərlərə yiyələnməsinə, bu dəyərlərin qorumasına, pedaqoji prosesdə novator pedaqoq kimi fəaliyyət göstərməsinə səmərəli təsir edir.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq
23.07.2019
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub
23.07.2019
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23.07.2019
İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndə
23.07.2019
Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info