Rusiyada keçirilən “Ölməz alay” yürüşündə Qarabağ şəhidlərinin də şəkilləri olub
Tarix: 10.05.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Faşizm üzərində qələbə günü münasibətilə Rusiyanın Krasnoyarsk şəhərində də “Ölməz alay” yürüşü keçirilib. Yürüşdə müharibə veteranları, müharibə iştirakçılarının yaxın qohumları və s. olmaqla 40 mindən çox insan iştirak edib. Yürüş iştirakçıları müharibədə həlak olan qohumlarının şəkillərini nümayiş etdirib, ehtiramlarını yad ediblər.
Sevindirici haldır ki, yürüş iştirakçıları arasında Azərbaycan diasporunun üzvləri, o cümlədən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şöbəsinin fəalları da olub. Soydaşlarımız yürüşdə azərbaycanlı Birinci Dünya müharibəsi iştirakçılarının şəkilləri ilə yanaşı, Qarabağ müharibəsi şəhidlərinin də şəkillərini əllərində tutublar. Bu da Rusiyanın “Tvk6” televiziyasının diqqətini çəkib və bu haqda danışılıb. Yürüşdə iştirak edən “Azərbaycan milli-mədəni muxtariyyəti" təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Aqil Cəfərov “Tvk6”a şəhidlərimiz haqqında ətraflı məlumat verib. O, çıxışında 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığını xüsusi vurğulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info