Ulu öndər Heydər Əliyevin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və unudulmazdır
Tarix: 10.05.2019 | Saat: 23:29:00 | E-mail | Çapa göndər



Mayın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın taleyində və dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açıblar.
Qeyd edilib ki, parlaq xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və unudulmaz olan Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti daim Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsinə, sosial-iqtisadi potensialının artırılmasına, mədəni-mənəvi dəyərlərinin zənginləşdirilməsinə yönəlib. Xalqımızın dahi oğlu hələ sovet hakimiyyəti illərində, respublikaya rəhbərliyinin birinci dövründə genişmiqyaslı quruculuq işləri aparıb, milli oyanışa rəvac verən mühit yaratmağa nail olub. Məhz həmin dövrdə yaradılan potensial və dəyərlər Azərbaycanın müstəqilliyi üçün möhkəm zəminə, suverenliyimiz üçün təminata çevrilib.
Xalqımıza qarşı əsrlərboyu düşmənçilik edən erməni millətçiləri Azərbaycan əraziləri ilə bağlı çirkin niyyətlərini gerçəkləşdirmək cəhdlərinə də Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra başlayıb və bu niyyətlərinə qismən nail olublar. Əminliklə bildirilib ki, əgər Ulu Öndər respublikada siyasi rəhbərlikdə olsaydı, nə Qarabağda separatçılıq baş qaldıra bilərdi, nə torpaqlarımız işğal edilərdi, nə də xalqımız qaçqınlıq, köçkünlük faciəsi ilə üzləşərdi. Azərbaycanın ən ağır vaxtında xalqın çağırışı ilə siyasətə qayıdan və özünəməxsus cəsarətlə müstəqil dövlət quruculuğuna başlayan Heydər Əliyev qısa müddətdə ölkəni iflasdan, xalqı ümidsizlikdən xilas etdi. Bir milyondan çox qaçqın və köçkünün problemlərinin həlli istiqamətində məqsədyönlü dövlət siyasətinin də əsası məhz bundan sonra qoyuldu. Ulu Öndər apardığı uğurlu xarici siyasətlə beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizin üzləşdiyi humanitar fəlakətə cəlb etdi, Qarabağ həqiqətlərinin dünyada düzgün dərkinə nail oldu. Müdrik və uzaqgörən rəhbərin təşəbbüsü ilə Neft Fondunun ilk vəsaitləri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi və bu ənənə indi də davam etdirilir.
Ulu öndər Heydər Əliyevin siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən dövlət başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm işlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını ciddi nəzarətdə saxlayır.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin daha da gücləndirilməsində, xalqımızın rifahının yüksəldilməsində, cəmiyyətimizin sağlam siyasi-mənəvi prinsiplər əsasında inkişafında rolundan bəhs edilib.
Sonda Dövlət Komitəsinin strukturlarında çalışan 30-dan çox əməkdaşın partiyaya üzv olmaq barədə müraciətinə baxılıb.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info