Ermənistanda ərzaq məhsullarının qiyməti artır
Tarix: 11.05.2019 | Saat: 11:00:00 | E-mail | Çapa göndər



Bu ilin aprelində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda unun qiyməti 6,2, çörəyin isə 5,3 faiz artıb. Ən çox qiymət artımı isə toyuq ətində (13,4 faiz) qeydə alınıb. Bu ölkədə mal əti, digər məhsulların da qiyməti əhəmiyyətli dərəcədə artıb.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, rəsmi rəqəmləri şərh edən iqtisadçı Suren Parsyan jurnalistlərə müsahibəsində bahalaşma prosesinin davam edəcəyini deyib.
İqtisadçının sözlərinə görə, toyuq ətinin bahalaşmasının səbəbi 2019-cu il yanvarın 1-dən gömrük rüsumlarının 4 faiz artmasıdır. Ermənistan bu məhsula tələbatını ABŞ-dan idxal edilən toyuq budları hesabına ödəyir. Un və çörəyin qiymətlərinin artması isə bu sahədə inhisarçılığın güclənməsi ilə bağlıdır. Digər tərəfdən, bu ölkənin buğdaya olan tələbatı da idxal hesabına təmin edilir. Hazırda Ermənistanda böyük taxıl qıtlığının olduğu bildirilir.
Parsyan qeyd edib ki, Ermənistan hökuməti kənd təsərrüfatının inkişafı ilə ciddi məşğul olmur. Ölkədə bu sahədə həyata keçirilən layihələr də çox risklidir. Kənd Təsərrüfatı Nazirliyinin optimallaşdırılması adı altında onun ləğv olunaraq İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi üzrə həyata keçirilən tədbirlər də öz mənfi təsirini göstərir.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info