Komitədən Çindən gətirilən malların qiymətinin artması ilə bağlı açıqlama
Tarix: 11.05.2019 | Saat: 11:29:00 | E-mail | Çapa göndər


Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çin Xalq Respublikasından idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, “karqo” adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər.
Komitə bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər.
Eyni zamanda bildirilir ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.
Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.
Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info