Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi” açılacaq
Tarix: 11.05.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur. Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində IV İpək Yolu beynəlxalq investisiya və ticarət forumu keçirilib. "Yeni dövr, yeni model və yeni inkişaf" devizi ilə keçirilən forumda 25 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Forum çərçivəsində elektron ticarət əməkdaşlığına həsr olunan "İpək Yolu ticarət əməkdaşlığı – Sian" adlı dəyirmi masada çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri və bu təşəbbüsün fəal iştirakçısı olduğunu diqqətə çatdırıb. Son illər ölkəmizdə reallaşdırılan irimiqyaslı infrastruktur layihələri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə danışan ticarət nümayəndəsi bildirib ki, nəqliyyat-tranzit sahəsi ölkələrarası elektron ticarətin mühüm hissəsidir.
Qeyd edib ki, apreldə Pekində ikinci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan-Çin sənədlərinin imzalanma mərasimində Azərbaycan ilə Sian şirkətləri arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb. Sənədə əsasən, cari il ərzində Sian şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, Azərbaycan elektron ticarət platformaları vasitəsilə məhsullarının Çində satışının çoxaldılmasında maraqlıdır. İki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini deyən T.Nadiroğlu əlavə edib ki, Azərbaycan Çinə qeyri-neft ixracını artırmaq üçün davamlı tədbirlər görür.
Dəyirmi masa çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə "Xian Lotoke E-Commerce Co., Ltd." şirkəti arasında Sian şəhərində ilin sonuna qədər "Azərbaycan Ticarət Evi"nin açılmasına dair anlaşma memorandumu imzalanıb. Əvvəlcə Siana Azərbaycandan keyfiyyətli qida, içki və şərab məhsulları idxal ediləcək. Şansi vilayətinin kommersiya idarəsi də Sianda "Azərbaycan Ticarət Evi"nin açılmasına öz dəstəyini göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info