Ermənistanda çörək, un və toyuq əti bahalaşıb
Tarix: 11.05.2019 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Erməni ekspert Suren Parsyan: “Hökumət addımlar atmasa, ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək”


Ermənistanda bir sıra ərzaq məhsullarının bahalaşması davam edir. Erməni ekspert Suren Parsyan “Sputnik”ə açıqlamasında bildirib ki, hökumət tədbir görməsə, un, toyuq əti və bir sıra digər ərzaq məhsullarının daha da bahalaşmasının qarşısını almaq mümkün olmayacaq. Ermənistan Statistika Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, ötən ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında unun qiyməti 6,2 faiz, çörəyin qiyməti isə 5,3 faiz artıb. Undan hazırlanan digər məhsulların qiymətində də artım qeydə alınıb. Ən böyük artım isə toyuq ətində olab – 13,4 faiz. Suren Parsyan sayta dəyərləndirməsində bildirib ki, cari ilin yanar ayında gömrük tarfilərinin artırılması ilə bağlı olaraq toyuq ətinin qiymətində artım olacağı gözlənilən idi. Amma bu qədər artımın olması təkcə gömrük tarifləri ilə bağlı deyil: “Toyuq ətinin qiymətində qeydə alınan artımın qarışısını almaq olardı. Bunun üçün yerli istehsalı təşkil etmək lazım idi. Yerli istehsal olmadığı üçün ABŞ-dan toyuq əti idxal etməyə məcburuq. Unun qiymətində qeydə alınan artımla bağlı onu deyə bilərəm ki, bazarda olan bəzi oyunçular qiymət artımını təşkil edə bilərlər. Kənd təsərrüfatını inkişf etdirmək lazımdır ki, idxaldan asılı olmayaq. Buğda idxalını azaltmalı, yerli un istehsalını artırmalıyıq. Hökumət lazımi addımlar atmasa, ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək”. Ekspert hesab edir ki, un məhsullarının əksəriyyətində qeydə alınan artım ötən il kənd təsərrüfatında qeydə alınan mənfi nəticələrlə bağlıdır. Suren Parsyan bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun optimallaşdırılması ilə bağlı qərar doğru deyil. Bu qərar problemlərə operativ reaksiya verilməsinin qarşısını alıb. Xatırladaq ki, Ermənistan parlamenti mayın 8-də hökumətin strukturu ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib. Buna əsasən, Kənd təsərrüfatı və İqtisadi inkişaf və invetisiya nazirlikləri İqtisadiyyat Nazirliyində birləşdirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info