İrandan Suriyaya neft ixrac edilib
Tarix: 11.05.2019 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


CNBC: “Bunu gizli saxlamaq üçün neft tankerlərinin GPS sistemləri bağlanıb”


Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi neft sanksiyalarına görə neft ixracında kəskin azalma müşahidə olunan İranın Suriyaya neft ixracını bərpa etdiyi iddia edilir. ABŞ-ın CNBC televiziya kanalının tanker monitorinq şirkətlərinin məlumatlarına əsaslanaraq yaydığı xəbərə görə, İran may ayının ilk həftəsində ölkənin şimal-qərb hissəsində olan Banyas limanına təxminən 1 milyon barel xam neft göndərib. Xəbərdə bu daşımanın İranın ilin əvvəlindən bu yana Suriyaya ilk neft neft nəqli ola biləcəyi bildirilir. Eyni zamanda daşımanı gizli saxlamaq üçün İrana aid neft tankerlərinin GPS sistemlərinin bağlanıldığı da qeyd edilir. Tanker monitorinq şirkətlərinin məlumatına görə, İran Suriyaya ayda 1-3 milyon barel neft göndərir, amma ABŞ sanksiyaları səbəbindən bu yük daşımaları 2018-ci ilin sonunadək demək olar ki, dayanmışdı. Xatırladaq ki, ABŞ administrasiyası 2018-ci ilin mayında İranla nüvə müqaviləsini birtərəfli şəkildə ləğv edərək Tehrana qarşı sanksiyaları bərpa edib. İranın neft ixracını tamamilə dayandırmağı hədəfləyən ABŞ mayın 2-də İran neftinə sanksiyalar tətbiq olunmamasını dayandırıb. ABŞ İranın neft sahəsindəki müttəfiqləri daxil olmaqla, ölkələri birtərəfli sanksiyalarla hədələyir.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info