“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin final mərhələsi Ağdamda keçirilib
Tarix: 11.05.2019 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunun girişindəki “Şəhidlər” abidəsinin önünə gül dəstələri qoyub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Ağdam Olimpiya İdman Kompleksində “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin final mərhələsi keçirilib. Final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçıları Ağdam rayonu ərazisindəki N saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər. Ağdam rayon Mədəniyyət Evində keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin, Gənclər Fondunun, Ağdam Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycanın Dövlət himinin oxunması ilə başlanıb. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin gedişi ilə bağlı film nümayiş olunub.
“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. Bildirib ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələsindən ibarət olub. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsinə uyğun olaraq reallaşdırılıb. “Gənclər kuboku: Aprel zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, sağlam gənclərin inkişafına töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.
Mərasimdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıb. “Torpaqlarımızın işğal altında olduğu bu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir”, - deyə sədr bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan Ordusunun 2016-cı ilin aprelində baş verən dördgünlük müharibədə əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini deyib, milli ruhda yetişən gənc nəslin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.
Tədbirin sonunda “Gənclər kuboku: Aprel zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info