Yaponiyalı həkimlər Goranboyda məcburi köçkünlər arasında göz müayinəsi kampaniyası keçirib
Tarix: 11.05.2019 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri doktor Akio Kanainin rəhbərliyi ilə 6 optometrist mütəxəssisdən ibarət heyət görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə Azərbaycanda 15-ci humanitar missiyaya başlayıb. Missiya çərçivəsində mayın 9-dan 11-dək Goranboy şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə göz müayinəsi və eynək paylanması kampaniyası keçirilib.
Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev bildirib ki, Yaponiyanın “Fuji Optical” 2005-ci ildən etibarən Azərbaycanda humanitar missiyalar reallaşdırır. Bu missiyalar zamanı, yaponiyalı optometrist mütəxəssislər məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün göz müayinəsi aparır və onlara pulsuz eynəklər verirlər. Bütün missiyalara 2006-cı il “Nansen Qaçqın” mükafatı və bir çox başqa mükafatlarla təltif olunmuş doktor Akio Kanai rəhbərlik edir. “Fuji Optical” şirkəti Azərbaycanda humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən indiyədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Ümumilikdə, 31 min nəfərdən çox şəxs missiyalar zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Şirkət bu il BMT QAK-a 3300 eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. “Fuji Optical” mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün ərzində eynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və aztəminatlı şəxsi müayinə etməyi planlaşdırır.
Ümumilikdə, Yevlaxda və Goranboyda keçirilən göz müayinəsi aksiyası zamanı 5 gündə 2200 nəfərədək məcburi köçkün müayinə edilib. 1373 nəfər eynəklə təmin olunub, 110 eynək isə Yaponiyada hazırlanması üçün reseptlənib.
Humanitar aksiya çərçivəsində mayın 13-də Bakı şəhərində BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində qaçqın və məcburi köçkünlər göz müayinəsindən keçiriləcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info