Seçicilərin 81,2 faizi İlham Əliyevə səs verəcək
Tarix: 01.08.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlət başçısı İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bu, “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı məlum olub. Məlum olduğu kimi, seçki marafonunun rəsmən elan edilməsinə az qalıb. Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına başlayacaq. Bəs vətəndaşlar seçkiyə hansı əhvalla gedir, onlar necə köklənib, kimə üstünlük verirlər?
Bu və digər suallara “Rəy” Monitorinq Mərkəzinin bugünlərdə keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı cavab verilib. “Bu namizədlərdən hansına səs verərdiniz?” sualına cavabda respondentlərin 81,2 faizi İlham Əliyevin, 3 faizdən az hissəsi isə digər namizədlərin adlarını çəkib. Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Tədqiqatın nisbi xətası 3 faiz təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info