Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür
Tarix: 12.05.2019 | Saat: 11:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.
İlk azərbaycanlı şəfqət bacısı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. General Əliağa Şıxlinskinin həyat yoldaşı olan Nigar xanım Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşır ki, oranı “Şıxlinski xəstəxanası” kimi tanıyırlar. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edir. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır. Əhalinin hər on min nəfərinə düşən orta tibb işçilərinin sayı 54, tibb bacılarının sayı isə 38.2-yə bərabərdir.
Ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Qaraciyəri qoruyan ən sadə resept
20.07.2019
Göz travmaları
18.07.2019
Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb
18.07.2019
Çiyinləriniz ağrıyırsa...
16.07.2019
Narla müalicə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info