Özbəkistanda Heydər Əliyevə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı konsert keçiriləcək
Tarix: 13.05.2019 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Mayın 21-də Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçiriləcək.
Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev klassik Azərbaycan musiqilərini ifa edəcəklər. Tanınmış musiqiçilər, əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Abuzər Manafzadə fortepianoda milli musiqilərimizi ifa edəcəklər. Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Rauf Hacıyevin “Azərbaycan”, Müslim Maqomayevin “Ey əziz anam, Azərbaycan!, Asəf Zeynallının «Ölkəm”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz”, Abuzər Manafzadənin “Xocalıya” və başqa əsərlər yer alıb.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Özbəkistanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edəcəklər.
Qeyd edək ki, tədbir Özbəkistan televiziyaları tərəfindən işıqlandırılacaq, konsertdə ifa olunacaq Azərbaycan klassik əsərlərinin bütün nömrələri təbliğat məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Youtube.com” kanalında yerləşdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info