“İrəli” Aprel Zəfərinə həsr olunan layihənin final mərhələsini Ağdamda keçirib
Tarix: 13.05.2019 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunda yerləşən “Şəhidlər” abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub. Daha sonra layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilib. Layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşləri baş tutub.
Hərbi hissədə əsgərlərlə görüşdən sonra Ağdam rayon Mədəniyyət Evində layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Allahverən Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağa Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev, Ağdam Olimpiya İdman Kompleksinin rəhbəri Bəhruz Kazımov, Aprel qazisi Loğman Məmmədov iştirak edib.
Tədbir Azərbaycanın Dövlət himninin oxunması ilə başlanıb. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin gedişi ilə bağlı film nümayiş olunub.
“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. Bildirib ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələsindən ibarət olub. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsinə uyğun olaraq reallaşdırılıb.
Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MİrHəsən Seyidov ölkəmizdə hərbi-vətənpərlik mövzusuna olan diqqət haqqında fikirlər səsləndirib. “Torpaqlarımızın işğal altında olduğu bu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir”-deyə, sədr bildirib.
Tədbirdə iştirak edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ordumuzun 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildirib, milli ruhda yetişən gənc nəslin torpaqların işğalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.
Tədbirin sonunda “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info