“RİA Novosti”: “Ermənistanda Rusiya bayrağını tapdalayan şəxs qubernator təyin edilib”
Tarix: 13.05.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Edmon Marukyan: “Maraqlıdır, hökumət Araqaçot vilayətini qubernatorunun siyasi görüşləri ilə bağlı məlumatlı idimi? Onlar həm ümid edirlər ki, Rusiya ilə yaxşı münasibətlər quracaqlar, həm də belə bir şəxsi qubernator təyin edəcəklər?


Ermənistanda Rusiya bayrağını tapdalayan şəxsi qubernator təyin ediblər. Bu haqda Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” fraksiyasının üzvü Edmon Marukyan məlumat verib. “RİA Novosti” bildirir ki, o, Paşinyan hakimiyyətindən izahat tələb edib ki, Rusiya bayrağını açıq şəkildə tapdalayan şəxs necə olub ki, vilayətlərdən birinə qubernator təyin edilib. Erməni mediasında yayılan xəbərlərdə qeyd edilir ki, Araqaçot vilayətinə qubernator təyin edilən David Gevorqyan 4 il əvvəl Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib və orada hamının gözü qarşısında Rusiya bayrağını yerə ataraq tapdalayıb. Edmon Marukyan sosial şəbəkələrdəki səhifələrindən birində yazıb: “Bu günlərdə yerli mediada yayılan məlumatlarda aydın görünür ki, Araqaçot vilayətinin indiki qubernatoru Rusiya səfirliyinin qarşısında keçirilən aksiyada iştirak edib və orada Rusiya bayrağını yandırmağa çalışıb. Amma polis buna imkan vermədiyindən o, bayrağı yerə ataraq tapdalayıb. Ola bilər ki, hansısa ölkənin əleyhinə olan vətəndaş bayrağı yandırmaq və ya tapdalamaqla mövqeyini ortaya qoysun. Amma başa düşə bilmirəm ki, bu şəxs hakimiyyətin Rusiya ilə yüksək münasibətlər formalaşdırmağa çalışdığı bir vaxtda Ermənistanda necə yüksək vəzifəyə təyin edilib? Üstəlik qubernator vəzifəsinə”. Edmon Marukyan qeyd edib ki, Ermənistan bir tərəfdən Rusiyadan Su-30 təyyarələrinin alınmasını gözləyir, strateji tərəfdaşlıqla bağlı bəyanat verir, Rusiyada erməni sürücülərin hüquqlarının tanınmasına çalışır, digər tərəfdən belə bir şəxsi yüksək vəzifəyə təyin edir: “Maraqlıdır, hökumət Araqaçot vilayətini qubernatorunun siyasi görüşləri ilə bağlı məlumatlı idimi? Onlar həm ümid edirlər ki, Rusiya ilə yaxşı münasibətlər quracaqlar, həm də belə bir şəxsi qubernator təyin edəcəklər? Mənim sualım ritorik deyil, həmkarlarımdan, Lilit Makunçdan (hakim fraksiyanın rəhbəri) cavab gözləyirəm”.


Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info