“Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlanılıb
Tarix: 13.05.2019 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 3 ay (10.05.2019 - 10.08.2019) müddətində Bakı şəhərində reallaşacaq.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində Bakı şəhərindəki 13, 178 və 72 saylı orta məktəblərdə “Diaspor dərsi” keçiriləcək. Bu dərslərdə məktəblilərə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının diasporumuzun həmrəyliyi üçün ideoloji bünövrə olmasından, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirməsindən danışılacaq. Həmçinin dərslərdə Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, Azərbaycan diasporunun perspektiv fəaliyyəti, xaricdəki gənclərimiz artıq yeni bir gücə çevrilməsi ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, ilk layihə çərçivəsində ilk dərs Bakı şəhərindəki 13 saylı məktəbdə mayın 15-də keçiriləcək.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info