Dəmiryol nəqliyyatında sərnişinlərin daşınması
Tarix: 13.05.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Cavid Əkbərli
Azərbaycan Turizm və Menecment Universitetinin magistrantı

Dəmir yolları vaxtı-vaxtında sərnişinlərin daşınmasını və baqajın, yük baqajının çatdırılmasını, təhlükəsizliyi, vağzallarda və qatarlarda sərnişinlərə keyfiyyətli xidməti, daşınan yükün və yük baqajının tamlığını təmin etməli, sərnişinlər üçün lazım olan rahatlıqları yaratmalıdır. Dəmir yolları cədvəllər üzrə sərnişin qatarlarının hərəkətini təmin etməyə borcludur. Dəmir yolları sərnişinlərin minib-düşmələrinin minimal sayıyla ən qısa yol ilə sərnişinlərin daşınmasını yerinə yetirməlidir.
Sərnişinlərin daşınmaları üçün nəzərdə tutulmuş qatarlar aşağıdakı kateqoriyalara bölünür: onların hərəkətinin sürətindən asılı olaraq sürət, sürətli və sərnişin; onların getmə məsafəsindən asılı olaraq uzaq, yerli və şəhərətrafı. Uzaq mənzilli daşınma iki və daha çox yolun daxilində həyata keçirilir, yerli daşınma – bir yolun daxilində və şəhərətrafı – 150 km-ə qədər məsafə həddində.

Dəmir yolu dəmiryol nəqliyyatının xidmətlərinin istifadəçilərini vaxtında etibarlı məlumatla təmin etməlidir, sərnişinlərə növbəti məlumatlar verilir:

• işlərin və xidmətlərin siyahısı, onların qiyməti;
• qatarların yola düşmə və gəlmə vaxtları;
• sərnişinlərin gediş və artıq əl yükünün, həmçinin yüklərin, yükün və yük baqajının daşımasının haqqı;
• yol sənədlərinin (biletlərin) satışı vaxtı işlər və xidmətlər;
• yol sənədlərinin (biletlərin) satışı müddətləri;
• əl yükü, yük və yük baqajı şəklində daşınmaya qadağan edilmiş predmetlər;
• əl yükü şəklində saxlamaya qadağan edilmiş predmetlər;
• bilet və baqaj kassalarının, yük ofislərinin, saxlanma kameralarının iş vaxtı;
• hərəkət yolunda yenidən yüklənməsiz daşınan yükün təyinat stansiyasına gəlmə vaxtı;
• vağzal yerlərinin, dəmir yolu stansiyalarının ümumi istifadəli yerlərinin, əl yükünün çəkilməsi yerlərinin yerləşməsi;
• uzun müddətli istirahət otaqlarında və ana və uşaq otaqlarında yerlərin verilməsi qaydası;
• qanunvericiliyə uyğun olaraq güzəştlər və üstünlüklər verilən vətəndaşların kateqoriyaları;
• məcburi və könüllü sığortanın qaydası;
• artırılmış rahatlıqlı vaqonlarında gediş haqqına daxil olan servis xidmətləri;
• iddiaları qəbul etməyə səlahiyyət verilmiş dəmir yolunun adı və hüquqi ünvanı.

Sərnişinlər ictimai asayişə, sərnişin vaqonlarından istifadə qaydalarına riayət etməli, vağzal yerləri və dəmiryol nəqliyyatı təşkilatlarının əmlakı ilə ehtiyatla davranmalıdırlar. Daşınma müqaviləsinə görə dəmir yolu sərnişinlərə qatarda yer verməklə onları, onların yükünü, həmçinin yük göndərənlərin yük baqajını təyinat nöqtəsinə daşımağı öhdəsinə götürür.
Sərnişinlər yol sənədlərinə malik olmalıdır, dəmir yolu isə təyinat dəmir yolu stansiyalarına qədər qatarlarda boş yerlər olduğu halda müəyyən kateqoriyalı vətəndaşlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla müəyyən edilmiş tarifə əsasən onlara gediş sənədlərinin verilməsini rəsmiləşdirməlidir.
Güzəştlə gediş hüququna malik olan şəxslər bütün kateqoriyalı qatarlarda və vaqonlarında bu hüquqdan istifadə edirlər. Yol sənədinin əldə edilməsi, şəhərətrafı qatarlara biletlərdən başqa, sərnişinin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəhadətnamə və ya başqa sənəd, 14 yaşına qədər uşaqlar üçün isə – doğum haqqında şəhadətnamə) şəxsiyyətini təsdiqləyən sənəd haqqında məlumatlara əsasən aparılır. Uzaq və yerli daşımalı qatarlarda yol sənədinin rəsmiləşdirilməsi vaxtı sərnişinin soyadının və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin göstərilməsi məcburidir. Sərnişin yol sənədində göstərilmiş soyadın və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin, həmçinin səfərin rekvizitlərinin düzgünlüyünü yoxlamalıdır.
Sərnişinin soyadını və ya onun şəxsiyyətini təsdiqləyən sənədlə yol sənədində göstərilmiş soyad və ya nömrə uyğun olmadıqda, şəxsiyyəti təsdiqləyən sənəd olmadıqda və ya soyadı, nömrəsi dəyişdirilmiş yol sənədi təqdim edildikdə sərnişin qatara minməyə buraxılmır.
Belə yol sənədlərə görə pulun qaytarılması sərnişinlərin, yükün və yük baqajının daşınmalarının qaydaları ilə müəyyən edilən hadisələrə və təlimatlara uyğun aparılır. Sərnişinlər tərəfindən itirilmiş, korlanmış yol sənədləri, əgər dəmir yolu tərəfindən onların bərpası və ya oxunması mümkün deyilsə yenidən bərpa olunmur və onlar üçün ödənmiş pul qayıtmır.
Korlanmış yol sənədlərinə görə pulun qaytarılması sərnişinin bilet kassasına müraciət vaxtı haqqında dəmir yolu stansiyasının qeydiyyatı olduğu halda dəmir yoluyla aparılır. İstifadə olunmamış yol sənədlərinə görə pulun qaytarılması sərnişinin şəxsiyyətini təsdiqləyən sənədin təqdim olunmasıyla edilir.
Qatarda gediş üçün işlətmə müddəti bitmiş və ya və ya şəxsiyyəti təsdiqləyən sənəddəki soyad və nömrə gediş sənədindəki soyad və ya nömrə ilə uyğun deyilsə sərnişin biletsiz sayılır.

Dəmiryol vağzallarında mövcud problemlər:

-ilk növbədə vağzalda verilən səsli məlumatların intensivliyi;
-vağzalda pos-terminal aparatlarının mövcudluğu;
-ana qovşaq otaqları, əlillər üçün şəraitin yaradılması;
-onlayn rejim;
-qatarların hərəkət cədvəli;
-vaqonda göstərilən xidmətlər;
-bələdçinin göstərdiyi xidmət;
-qatarlarda WI-FI şəbəkəsinin olması və s. Kimi nüansları misal çəkmək olar.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info