“Gender bərabərliyi və media”
Tarix: 13.05.2019 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Mayın 13-də Bakıda “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib.
“Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində təşkil edilən tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, hələ Avropa Şurasının yaranmasından 30 il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdi. Azərbaycanda bu sahədə də balanslaşdırılmış siyasət aparılır. Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb. Gender bərabərliyi insan hüquqlarının tam həyata keçirilməsi üçün əvəzolunmaz şərtdir. Bu gün dünyada elə bir məsələ yoxdur ki, orada gender komponenti yer almasın. Hətta qəbul olunan bütün sənədlərdə, qətnamə və konvensiyalarda bu məsələ xüsusilə qeyd olunur. Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci məqsəd 2030-cu ilədək gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaqdır. Lakin bununla yanaşı, digər məqsədlərin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilib. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olması unudulmamalıdır. Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının hüquqlarının pozulduğunu deyib. Qeyd edib ki, bu və digər hüquq pozuntularının aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi işində medianın böyük rolu var. Azərbaycan qadınları yaradıcılıq, biznes, sahibkarlıq və digər sahələrdə geniş imkanlara malikdir. Bu imkanlardan daha səmərəli istifadə edilməlidir.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova mediada irqi, dini, sosial sahələrdə olduğu kimi, cinsi sahədə də ayrı-seçkiliyə yol verilməməli olduğunu deyib. Təəssüf ki, dünyada bu sahədə çatışmazlıqlar hələ də qalır. Ölkəmizdə aparılan sosial islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına öz töhfəsini verməkdədir. Qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün media da bütün imkanlarını səfərbər etməlidir. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırırdı. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Azərbaycan bu sahədə də beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, tədbirlər həyata keçirilir. Vurğulanıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Tədbir müzakirələrlə davam edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
22.05.2019
Ombudsman aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar
22.05.2019
“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info