EnterpriseAzerbaijan.com Böyük Britaniyanın startap həftəsində təqdim olunur
Tarix: 14.05.2019 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə icra olunan “Creative Spark” layihəsinin iştirakçıları Böyük Britaniyada startap həftəsində iştirak edirlər. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlərinin də iştirak etdiyi səfər müddətində EnterpriseAzerbaijan portalının təqdimatı keçiriləcək.
“Creative Spark” layihəsinin meneceri Oruc Dursunzadə bildirir ki, səfər müddətində Azərbaycandan olan və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə Böyük Britaniyanın “Newcastle” Universitetinin professoru Metyu Qorton işləyəcək. Belə ki, Azərbaycandan olan nümayəndələr Newcastle universitetinin əməkdaşları, tələbə və məzunları ilə birbaşa təcrübə mübabiləsi keçirəcəklər. Nümayəndə heyətimiz həmçinin sahibkarlar üçün biznes planların yazılmasına dair startap qrupların işçi toplantılarında iştirak edəcəklər. Newcastle Universitetinin rəsmi internet səhifəsində “Azərbaycandan olan biznes təlimçiləri Newcastle Universitetinin Biznes məktəbində” (Newcastle University Business School welcomes enterprise educators from Azerbaijan) sərlövhəli məlumat yerləşdirilib.
Newcastle Universitetinin biznes məktəbinin professoru Şeron Mavin deyib ki, əhəmiyyətli startap həftəsində Azərbaycandan olan nümayəndələrin də iştirakı tədbirin daha maraqlı olmasına səbəb olub. EnterpriseAzerbaijan.com portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, Azərbaycan startapları “Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniya təcrübəsini öyrənmək, dünya miqyasında maliyyə cəlb etmək və tanınmaq imkanlarına malik olacaqlar.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir. Layihə çərçivəsində mütəmadi olaraq həm sahibkarlara, həm də layihə iştirakçılarına təlimlər keçirilib

Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
22.05.2019
“Qala Sığorta” müştərilərinə ödədiyi vəsaitin həcmini 2,3 dəfə artırıb
22.05.2019
Azərbaycanda ilk dəfə istehsal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info