Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçən fermerlərin sayı 200 mini ötüb
Tarix: 14.05.2019 | Saat: 12:27:00 | E-mail | Çapa göndər


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 200 min nəfəri ötüb. Mayın 14-nə olan məlumata görə, 200 min 464 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, sistemdə qeydiyyatdan keçmiş fermerlərin sayına görə Sabirabad rayonu birinci yerdədir. Bu rayonda 12 min 853 fermer EKTİS-də özünə şəxsi kabinet yaradaraq, məlumatları daxil edib. Bu, Sabirabad rayonu üzrə subsidiya alan fermerlərin 78,47 faizini təşkil edir. Şəki (7932), Cəlilabad (7055) və Saatlı (7036) rayonlarında qeydiyyatdan keçən fermerlərin sayı 7 mindən çoxdur. Zaqatala, Quba, Xaçmaz, İsmayıllı, Salyan, Samux və Ağdam rayonlarından da fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi yüksəkdir. Əksər rayonlarda subsidiya alan fermerlərin 40 faizdən çoxu EKTİS-ə öz aqrar fəaliyyətlərinə dair məlumatları daxil ediblər.
Fermerlərdən 143 min 908 nəfər yeni sistemdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı/Şəhadətnamə əsasında qeydiyyatdan keçib. 37 min 315 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 2730 fermer icarə sənədi, 1625 fermer etibarnamə, 389 fermer vərəsəlik şəhadətnaməsi, qalan fermerlər isə mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında qeydiyyatdan keçiblər.
Fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı rayonlarda maarifləndirmə işləri davam edir. Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, ASAN Könüllüləri fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi prosesinə cəlb olunublar. Eyni zamanda, müəyyənləşmiş qrafik əsasında bölgələrdə fermerlərə EKTİS-in tətbiqi ilə bağlı səyyar xidmətlər də göstərilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info