Ərdoğan və Putin arasında telefon danışığı olub
Tarix: 14.05.2019 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Ərdoğan-Putin telefon görüşünə dair detalları Türkiyə Prezident Aparatı Kommunikasiya Şöbəsinin sədri Fəxrəddin Altun “Twitter” hesabından paylaşıb.
İkitərəfli əlaqələrlə yanaşı Suriyanın İdlib bölgəsində baş verən son proseslərin müzakirə olunduğu telefon danışığında Ərdoğan rejim tərəfindən son iki həftə ərzində İdlibdəki silahsızlaşdırılan zonada atəşkəsin pozulması hallarının narahatlıq yaradan səviyyəyə çatdığını, mülki vətəndaşların, habelə məktəb və xəstəxanaların hədəf alınıb viran edilməsinin izaholunmaz olduğunu bildirib. Əsəd rejiminin məqsədinin İdlibdə Türkiyə- Rusiya əməkdaşlığını sabotaj etmək və Astana ruhunu zədələmək olduğuna işarə edən prezident Ərdoğan, İdlibdə gərginliyin artmasının Konstitusiya Komitəsinin yaradılması və siyasi prosesin uğursuzluğa uğradılması riskini də daşıdığına diqqət çəkib. Hər iki liderin Soçi razılaşmasına olan bağlılıqlarını təsdiq etdiyi görüşdə Ərdoğan bu günə qədər Soçi Niyyət Protokolunun həyata keçirilməsində əhəmiyyətli məsafə qət edildiyini, buna müqabil baş verən hücumların ortaq hədəflərə zərər verə biləcəyini dilə gətirib. Son olaraq Bosniya-Herseqovinada baş verən hökumət böhranına toxunan Ərdoğan bölgənin beynəlxalq təşkilatlarla əməkdaşlığını artırmasının sülh və sabitlik üçün vacib olduğuna inandıqlarını qeyd edib. Qeyd edək ki, Rusiya və Türkiyə dövlət başçıları arasında aparılan danışıqların yekunu kimi ötən ilin sentyabr ayının 17-də iki ölkənin müdafiə naziri arasında İdlibdə atəşkəslə bağlı memorandum imzalanıb. Eyni zamanda İdlibdə silahsızlaşdırılan bölgə yaradılması ilə bağlı razılıq əldə edilib. Prezidentlərlə yanaşı Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında da telefon danışığı olub. Nazirlər Suriyada yaranan son vəziyyət və İdlibdəki durumu müzakirə ediblər. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, tərəflər İdlibdəki vəziyyətlə yanaşı, gərginliyin azaldılması yollarını da müzakirə ediblər. Nazirlər Soçi anlaşması çərçivəsində regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info